Avtomobil aldı, 8 il sonra maşının həbsdə olduğu aşkarlandı - VİDEO
Gəncə sakini qəribə vəziyyətlə üzləşib
Gəncə sakini Elnur Xudayev 8 il əvvəl aldığı avtomobilin üzərinə həbs qoyulduğu məlum olub.
Elnur Xudayev 2014-cü ildə ''VAZ - 2107'' markalı avtomobil alıb.
Daha sonra nəqliyyat vasitəsini Baş Dövlət Yol Polisi İdarəsinin Gəncədəki Regional Qeydiyyat və İmtahan Şöbəsində öz adına rəsmiləşdirib. Prosedurun icrası zamanı heç bir problemlə qarşılaşmayıb. 2021-ci ildə həmin maşını etibarnamə ilə başqa şəxsə satıb. Etibarnamənin qüvvədə olan müddəti bir müddət əvvəl bitib. Avtomobilin yeni sahibi qeydiyyat zamanı qəribə vəziyyətlə üzləşib. Məlum olub ki, avtomobiln əvvəlki sahbinin borcu olduğu üçün maşının üzərinə həbs qoyulub.
Elnur Xudayev iddia edir ki, dəfələrlə Gəncədəki Regional Qeydiyyat və İmtahan Şöbəsində olub. Ona məsələnin tezliklə həll ediləcəyi deyilsə də, nəticə yoxdur.
Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov bildirib ki, adəçəkilən şöbə problemi ən qısa müddətdə həll etmək üçün tədbir görür.
Qeyd edək ki, 2011-ci ildə nəqliyyat vasitəsinin addan-ada keçirilməsi zamanı səhvə yol vermiş polis əməkdaşının xidmətdən kənarlaşdırılması haqqında məlumatı Dİin məbuat xidməti də təsdiqləyib.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












