Avtoxuliqanlıq edib telefonla çəkir, sonra da fəxrlə paylaşır - VİDEO
“Facebook” sosial şəbəkəsində Fərid Hüseynov adlı şəxs Bakı şəhəri Nobel prospektində avtoxuliqanlıq etdiyi görüntüləri mobil telefon vasitəsi ilə çəkərək yayıb.
Avtosfer.az xəbər verir ki, Fərid Hüseynov sosial şəbəkədə “Kia Family Azerbaijan” qrupundan avtoxuliqanlıq əməllərini özündə əks etdirən video paylaşaraq “Bəsdir məni radara saldınız. Sizin radara düşməyim deyə DYP-nin radarına düşürəm” başlığında video paylaşıb. Videonun başlığında şəxs etdiyi əməli rahatlıqla etiraf edir. Kadrlara diqqət etdikdə, adıçəkilən sürücü hərəkətin intensiv zamanı, davamlı şəkildə ilanvari və olduqca təhlükəli manevrlər edərək, ictimai qaydanı və əhalinin dincliyini, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozur və hərəkətin digər iştirakçılarına təhlükəli anlar yaşadır.
Avtosfer.az saytı olaraq bildiririk ki, şəxsin əməlləri inzibati xətalar məcəlləsinin 511.1-ci maddəsinin tərkib hissəsini yaradır. Qeyd edilən maddədə, avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulub.
Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Elməddin Muradlı hesab edir ki, sosial şəbəkədə və eynilə yeni-yeni yaranmaqda olan avto klublarda özündə avtoxuliqanlıq əməllərini əks etdirən bu kimi görüntülərin yayılması və avtoxuliqanlıq əməllərinin təbliğ edilməsi xoşagəlməz haldır. "Gənclərin sosial şəbəkələrdən aktiv istifadəsini nəzərə alsaq, belə qanunsuz əməlləri örnək götüb həyatda tətbiq etməsi sonu ağır hadisələrlə nəticələnə bilər."
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az saytına bildirib ki, Dövlət Yol Polisi video görüntü əsasında qanuni araşdırma aparıb, sürücü barəsində ciddi addımlar atacaq.
Fərid
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
















