Axtarılan iş adamı çaya düşmüş “Audi”sində ölü tapıldı - VİDEO

Türkiyənin Qarabük vilayətində iş adamı çaya düşən avtomobilində ölü tapılıb. Avtosfer.az xəbər verir ki, dəmir və polad istehsalı ilə məşğul olan iş adamı Ərtuğrul Qazi Yıldız noyabrın 24-də saat 16.00 radələrində Kastamonunun Arac rayonunda yararsız vəziyyətdə aldığı yanacaq doldurma məntəqəsini yoxlamaq üçün, 34 RM 6068 qeydiyyat nömrə nişanlı “Audi” markalı avtomobillə yola çıxıb. Yoxladıqdan sonra axşam saatlarında Qarabükə geri qaydan Yıldız, mobil telefonundan zəng etdiyi dostuna “Məni buradan xilas elə” söyləyib və sonra bir daha ondan xəbər alınmayıb.
Yıldızın yaxınlarının xəbər verməsi ilə polis əməkdaşları araşdırmalara başlayıb. Araşdırmalar zamanı Ərtuğrul Qazi Yıldız Arac çayı kənarında yerləşən kafedə bir müddət fasilə verdiyi və avtomobilinə minərək oradan uzaqlaşdığı müəyyən olunub.
Noyabrın 25-i saat 14.00 radələrində asayiş keşikçilərinin ərazidə apardıqları geniş əməliyyat-axtarış tədbirləri nəticəsində, Yıldızın avtomobili çayda suyun içinə batmış vəziyyətdə tapılıb.
Təhlükəsizlik kəməri taxılı olan Yıldızın avtomobilin içində boğularaq öldüyü müəyyən olunub.
Yıldızın cəsədi maşınla birlikdə kran vasitəsilə çaydan çıxarılıb.
Evli, 2 uşaq atası olan Ərtuğrul Qazi Yıldızın meyiti müayinə olunması üçün Safranbolu Dövlət Xəstəxanasının morquna aparılıb.
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.
Namiq Musayev
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












