AYNA və DİN-dən avtovağzalda REYD: qanunsuz sərnişin daşıyanlar, parklanma... - VİDEO - FOTO

- Tovuza 1 nəfər
- Bərdəyə 1 nəfər...
- Ağcabədiyə, Şəkiyə...
- Bir nəfər lazımdır, çıxıram...
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin girişində özünə sərnişin axtaran sürücülərin səs-küyündən qulaq tutulur. Rayonlara getmək üçün avtovağzala gələnlərin qarşısını kəsməkdən belə çəkinməyən sürücülər xaotik bir mənzərə yaradıb.
Bu gün sözün həqiqi mənasında bu cür biabırçı vəziyyətə qarşı AYNA və DİN Binəqədi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən Bakı Beynəlxalq Avtovağzal Kompleski yaxınlığında reyd keçirilib. Avtovağzalın qarşısındakı yolun hərəkət hissəsində, “Qaraj”, “Körpünün yanındakı Servis”, “Avtovağzal metrosunun çıxışı”, “Şəki kafesi” adlanan ərazilərdə baş tutuan reyd zamanı taksi və kiçiktutumlu digər avtomobilərlə qeyri-qanuni sərnişin daşıyan sürücülər saxlanılıb.
Avtomobilini yolun hərəkət hissəsində saxlayan sürücülər hərəkətin intensiv olduğu həmin ərazidə sıxlıq yaratmaqla yanaşı ictimai asayişi kobud şəkildə pozurlar. Bu isə avtovağzaldan hərəkət etmək istəyən vətəndaşların, xüsusən də xanımların ciddi etirazına səbəb olur.
Reyd zamanı qanunsuz sərnişindaşıma ilə məşğul olan bəzi sürücülər barəsində cərimə tətbiq edilib. Nalayiq ifadələr işlədən, nəqliyyat vasitələrini avtovağzalın girişində, hərəkətə mane olan yerdə saxlayan sürücülər polis bölməsinə dəvət olunub. Onlar barəsində ictimai asayişi pozma, əmrə tabe olmamaq, təhqiredici ifadələr işlətmək haqqında akt tərtib edilib. Eləcə də qadağan olunmuş yerdə park edən sürücülər cərimələnib.
Nurlan Sakitoğlu
Nərmin Əkbər
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO























