Azərbaycanda 4 fırıldaqçı birləşib saxta etibarnamə ilə maşın satdılar - DİN-dən AÇIQLAMA

Bakıda fırıldaqçı maşın alverçiləri peyda olub. Bu barədə zərəçəkmiş Yusub Məmmədov adlı şəxs Avtosfer.az-ın qaynar xəttinə məlumat verib. O bildirir ki, dekabrın 3-də 77-EM-468 qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobili 12.000 manat ödəniş etməklə elektron etibarnamə ilə alıb. Lakin 2 gündən sonra məlum olub ki, etibarnamə saxtadır: “Maşını mənə satan Bayramov Şahid və Ağayev Anar dedi ki, mülkiyyətçi yataq xəstəsi olduğu üçün notariusa gələ bilmir. Ona görə elektron etibarnamə verəcəyik. Bununla razılaşdım və 12.000 manatı verərək maşını aldım. 2 gündən sonra etibarnamənin mərkəzi informasiya sistemində görünmədiyi üçün notariusa yaxınlaşdım və araşdırmadan sonra məlum oldu ki, maşını satan şəxslər etibarnaməni saxtalaşdırıb. Bundan sonra maşının mülkiyyətçisi olan Həsənəliyev İman İsgəndər oğlunu tapdım və onun yataq xəstəsi olmadığını, məni aldatdıqlarının şahidi oldum. Həmin şəxs bildirir ki, maşını onlara günlük icarəyə verib. Məni aldadan Bayramov Şahid və Ağayev Anar adlı şəxslərdən pulumun geri qaytarılmasını tələb etdim. Onlar bildirdi ki, maşının pulundan 3400 manat bizə çatıb. Yerdə qalan məbləği maşının satılmasını istəyən İmamverdiyev Cavad İmamverdi oğluna veriblər. Bu məsələdə maşının mülkiyyətçisi olan İman Həsənəliyevin də həmin şəxslərlə əlbir olmasından şühələnirəm”- deyə zərərçəkmiş Yusub Məmmədov bildirb.
O, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə və 20-ci Poli Bölməsinə ərizə ilə müraciət etdiyini bildirib: “Müraciətimi araşdıran polis əməkdaşı həmin şəxsləri polis bölməsinə dəvət edir, lakin onlar bundan boyun qaçıraraq gəlmirlər”.
Zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyinin rəhbərliyindən dələduzların tez bir zamanda tapılıb məsuliyyətə cəlb edilməsini və ondan alınmış pulun geri qaytarılmasını xahiş edir.
DİN-in mətbuat xidmətinin inspektoru, polis baş leytenanti Nurlan Əliyev Avtosfer.az-a bildirib ki, qeyd edilən məsələ ilə bağlı vətəndaş Nəsimi rayon 20-ci polis bölməsinə müraciət edib. "Müvafiq araşdırmalar aparılır. Onu da qeyd edək ki, Anar Ağayev artıq digər bir faktla bağlı məsuliyyətə cəlb edilib."
Leyla
Masazırda sürücülər əks yola axışdı: Maşınlar yaşıl işıqda belə keçə bilmədi - VİDEO
Bu şəxsi görənlər diqqətli olsun: Dələduzluqla məşğuldur - VİDEO - FOTO
Piyada keçidində qayda pozan sürücü qarşıdakı maşını belə vurdu - DİN-dən VİDEO
Qarabağda icra olunan nəhəng nəqliyyat-logistika layihələri nəyi dəyişəcək? - VİDEO
Əks yola çıxıb motosikletçini borclu çıxardı, sonda isə… - VİDEO - YENİLƏNİB
Dayanacaqda yer tapa bilməyən taksi sürücüsü parkinqə üz tutdu - VİDEO
Kobud qayda pozan “KamAZ” sürücüsü ağır qəzadan son anda yayındı - VİDEO
“Kristal”dan sakinlərə parkinq “qadağası”: Yolun hər iki tərəfi konuslarla bağlandı - VİDEO
“Şou” xətrinə sərnişini də ölüm təhlükəsinə atdı - 10-RR-662 - VİDEO
Biləcəridə yük maşını piyadalara yol verən “Prius”a çırpıldı - VİDEO
Sürücüsüz maşınları sürmək nə vaxt mümkün olacaq? – Ekspert AÇIQLADI – VİDEO
















