Bakıda sükan arxasına keçən azyaşlı ilə bağlı DİN hərəkətə keçdi - YENİLƏNİB - VİDEO

“Azyaşlı uşağa maşın idarə etməyə şərait yaratmaq onu çox istəmək deyil. Bu həmin uşağın tərbiyəsinə birbaşa mənfi təsir edir”.
Avtosfer.az xəbər verir ki, bu sözləri məsələyə münasibət bildirən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis mayoru Araz Əsgərli deyib.
O bildirib ki, yol hərəkəti qaydaları kimi həyati əhəmiyyətli qaydaları pozmaq, cəmiyyətə mənfi nümunə olmaq yolverilməzdir:
“Sürücülük hüququnun olmaması kifayət qədər ağır məsələdir, qaldı ki, azyaşlı uşağa sükan əmanət etmək. Qanunla 12 yaşı tamam olmayan uşaqlar avtomobilin ön oturacağında xüsusi oturacaq olmadan otura bilməzlər. Bu təfəkkür, bu cür düşüncəsiz davranışlar sabah o uşaqların yol hərəkəti qaydalarına laqeyd yanaşmalarına zəmin yaradacaq. Uşağın düşüncə tərzinə mənfi nüanslar aşılamaq olmaz. Bunun hüquqi məsuliyyəti var. Ondan əlavə də cəmiyyət özü bu cür məsələlərə qarşı ictimai qınaq formalaşdırmalıdır. Məsələ ilə bağlı polis tərəfindən hüquqi qiymət veriləcək. Bu hadisənin misalında cəmiyyəti bu cür yanlış hərəkətlərdən çəkinməyə, bunu qəhrəmanlıq kimi ictimailəşdirməyə can atmamağa çağırış edirik”.
10:16
Azərbaycanda azyaşlı uşaq avtomobil idarə edib.
Avtosfer.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdə azyaşlının magistral yolda maşın sürdüyü əks olunub.
unikal
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












