Azərbaycanda kimlər cərimə oluna bilməz? - Səfirlik maşınları "at oynadır" - VİDEO

Keçən həftə səfirliklərdən birinə məxsus avtomobilin qayda pozuntusu haqqında video xəbər paylaşmışdıq. Cəmiyyətdə o qədər savadsız insan kütləsi formalaşıb ki, hətta onlar özlərini ağıllı aparmağa da cəhd edib bizə guya irad tuturlar. Biri yazmışdı ki, "görmürsən ki, onlarda qırmızı nömrədi? Deməli, olar də. Bilib-bilmədən hər şeyi çəkib paylaşmaq nəyə lazımdır?". Belələrinə nə demək lazım olduğunu dəqiq bilmirəm. Sadəcə düşünürəm ki, orada-burada deyilən sözləri yox, qaydaları-qanunları oxumaq daha faydalı olar.
Bu yazıda gördüyünüz iki videoda daha bir səfirlik maşını qayda pozur. Niyə? Əks istiqamətə çıxmaq, maşının dörd bir yanını plyonkaya bürümək, qırmızı işıqda hərəkət etmək çox ciddi qayda pozuntusudur. Amma diplomatik nömrəsi olan maşınların sürücüləri buna əməl etmir. Yol polisi isə göz yumur. Hansı ki, Azərbaycanın xaricdəki səfirliklərinə məxsus avtomobillərini idarə edən sürücülərin il ərzində nə qədər cərimə ödədiyini öyrənmək elə də çətin deyil. Xarici İşlər Nazirliyinə sorğu vermək və öyrənmək mümkündür.
Yəni, Azərbaycan Respublikasında elə bir qanun yoxdur ki, orada "qırmızı nömrəli maşınlar qayda poza bilər" cümləsi yazılsın.
Elə bir qanun yoxdur ki, onlar əks istiqamətə çıxarsa, "kruq" plyonkalı maşın sürərsə, qırmızıdan keçərsə "cərimə düşmür" prinsipi əks edilsin. Diplomatik toxunulmazlıq başqa şeydir, inzibati xəta törətmək başqa.
Sadəcə biz cəmiyyət olaraq xoşlayırıq ki, başqalarının qabağında əzilib-büzülək, onlara xoş getsin deyə qayda pozmalarına göz yumaq.
Qanun deyir ki, hər kəs törətdiyi xətaya görə məsuliyyət daşıyır.
Səlahiyyətli şəxslərin toxunulmazlığı barədə Konstitusiyada bir sıra normalar nəzərdə tutulur. Bu normalara əsasən aşağıda qeyd edilən şəxslər səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.
– Azərbaycan Respublikası Prezidenti
– Milli Məclis deputatları
– Azərbaycan Respublikası vitse-prezidentləri
– Azərbaycan Respublikası Baş naziri
– Məhkəmə hakimləri
– İnsan hüquqları üzrə müvəkkil (Ombudsman)
Bununla yanaşı qanunvericiliyə görə keçmiş Prezident və onun yoldaşı keçmiş Prezident Azərbaycan Respublikasının Prezidenti seçilməzdən əvvəl və Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini icra edərkən etdiyi hərəkətlərə (hərəkətsizliyə) görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilməz.
Qanundan da aydın olur ki, bu şəxslər tutula bilməz, cinayət təqibinə məruz qala bilməz və sair. Yəni, inzibati məsuliyyətdən söhbət getmir. Deməli, deputatlar da, hakimlər də, ombudsman da (sükan arxasında özü olarsa, lakin əksər hallarda sürücüləri olur), eləcə də qırmızı nömrəli səfirlik maşınlarını idarə edənlər də cərimə oluna bilər.
Elməddin Muradlı
Sürücüsüz maşınları sürmək nə vaxt mümkün olacaq? – Ekspert AÇIQLADI – VİDEO
“Gözüyumulu” ötmə edən sürücü qəzadan son anda yayındı - VİDEO
“Bolt”a daxil olan şikayətləri “Müştəri Dəstəyi” komandası necə araşdırır? – AÇIQLAMA - VİDEO
Əks yola çıxıb qarşıdan gələn sürücüyə qorxulu anlar yaşatdı - 90-OG-543 - VİDEO
Qubada qayda pozan sürücü az qala qəza törədəcəkdi - ANBAAN VİDEO
Hövsanda motosiklet sürücüsündən “ölüm şousu”: Az qala yük maşınına çırpılacaqdı - VİDEO
“Range Rover” sürücüsündən təhlükəli hərəkət: Maşını qapısı açıq sürdü - 90-AZ-173 - VİDEO
Oturacağı yandırdılar, saqqız yapışdırdılar – Sürücü sərnişinlərin avtobusda nə etdiklərini paylaşdı – VİDEO
Bakıda qadın azyaşlı uşağı motosikletdə belə apardı – TƏHLÜKƏLİ ANLAR - VİDEO
Bu ərazidə yolun yaş olması təhlükə yaradır – Yük maşını az qala qəzaya düşəcəkdi - VİDEO
Bir il əvvəl düzənlik idi, indi nəhəng metro deposudur – Dərnəgüldə böyük DƏYİŞİKLİK – VİDEO










