Azərbaycanda sürücüdən ağlasığmaz addım: Salonda qaz yandırdı, xətdən qovuldu - VİDEO - YENİLƏNİB

Cəlilabadda avtobusun salonunu qaz balonu ilə qızdıran sürücü saxlanılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Baş DYP İdarəsindən məlumat verilib. Qeyd olunub ki, bu gün onlayn mediada mikroavtobus sürücüsünün idarə etdiyi nəqliyyat vasitəsində məişətdə istifadə olunan qaz balonu daşıyaraq onu salonu isitmək məqsədilə işlək vəziyyətə gətirməsini əks etdirən videogörüntü yayımlanıb.
DYP İdarəsi tərəfindən sözügedən videomaterial üzrə dərhal müvafiq tədbirlər həyata keçirilib və Cəlilabad şəhərində müntəzəm marşrut xətti üzrə sərnişin daşma fəaliyyəti göstərən “Mercedes” markalı, 10-OG-584 dövlət nömrə nişanlı mikroavtobusun sürücüsü Yaşar Bağırov saxlanılıb. Nəqliyyat vasitəsi DYP-nin mühafizə olunan duracağına yerləşdirilib, sürücü Y.Bağırov barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün araşdırma başlanılıb.
Baş DYP İdarəsi belə halların yolverilməz olduğunu xatırlatmaqla yanaşı, bir daha sərnişin daşma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onlara sərnişinlərin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağı, fəaliyyətlərini qanunla nəzərdə tutulmuş tələblər səviyyəsində həyata keçirməyi tövsiyə edir.
***
Sürücünün avtobusda qaz bolonu yandırması ilə bağlı yayılmış videogörüntülər araşdırılıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, həmin videodakı sürücü müəyyənləşdirilib. Cəlilabadda "Mercedes Benz" markalı, 10-OG-584 dövlət nömrə nişanlı mikroavtobusun sürücüsü Bağırov Yaşar Bağır oğlu aşkarlanıb və barəsində müvafiq tədbir görülüb. Sürücü bildirib ki, qaz balonu mikroavtobusa əyləşən sərnişinlərdən birinə aiddir və balonu salonun içi isti olması üçün yandırıb. Buna baxmayaraq, belə təhlükəli hərəkətin təkrar baş verməməsi üçün sürücü dərhal xəttən kənarlaşdırılıb.
Emin
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












