Badamdarda yol niyə sürüşür? – Əsl səbəb budur: yarıtmaz idarəetmə - VİDEO
Bakıda yağış sularının düzgün idarə olunmaması yollarda gölməçələrə səbəb olur ki, bu da sürücü və piyadaların normal hərəkətini çətinləşdirir. Bununla yanaşı, bu suların yaratdığı fəsadlar sırasında sürüşmə və uçqunlar da var.
Avtosfer.az xəbər verir ki, Badamdar qəsəbəsindən 20-ci sahəyə düşən yolda tez-tez sürüşmənin baş verməsi aidiyyati qurumların məsuliyyətsizliyi və düzgün idarəetmə sistemi qura bilməməsi ilə bağlıdır. Təqdim etdiyimiz video bu gün çəkilib. Göründüyü kimi, yamacdan yola axan sular idarə olunmur və asfalt boyu Badamdardan 20-ci sahəyə axır. Yağış üçün yolun sağında quraşdırılmış kiçik kanal ilə dolduğu üçün bir neçə nöqtədə su daşaraq yola axır. Beləliklə, həmin yamacda baş verən sürüşmə və uçqunun səbəbi ortadadır. Milyonlarla vəsait xərcləyib beton dirəklər vururlar, üzərində villa və restoranlar tikirlər, amma ağıllarına gəlmir ki, yağış sularının düzgün idarə edilməsi üçün normal sistem çəkilməlidir ki, su yolboyu yox, bir kanala axıb getsin.
Elməddin
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












