Bakı - Sumqayıt yoluna çəkilən avtobus zolağı sıxlığı azaldacaq? - VİDEO

Bakı - Sumqayıt istiqaməti üzrə yola avtobus zolağı çəkilib.
Sərnişinlərin rahat və təhlükəsiz mənzil başına çatmalarını təmin etmək məqsədilə həmin yolun hələlik bir istiqamətində, Xırdalan dairəsindən bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində avtobus zolağı çəkilib.
Yerüstü Nəqliyyat Agentliyi tərəfindən aparılan işlər çərçivəsində yolda avtobus zolağının tələbinə uyğun üfüqi nişanlanma xətləri çəkilib və nişanlar quraşdırılıb.
Avtobus sürücüləri də deyirlər ki, zolağın çəkilməsinə ehtiyac var idi.
Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı hesab edir ki, paytaxt ərazisində avtobus zolaqlarının çəkilməsi ictimai nəqliyyatın inkişafına verilən bir dəstəkdir. Ekspert deyir ki, hər iki istiqamət üzrə zolaq çəkilərkən təhlillər aparılmalı və giriş-çıxış nöqtələri dəqiq yerlərdən qoyulamlıdır. Elməddin Muradlının sözlərinə görə, bu yolun başqa bir problemi də var ki, avtobus zolağı onun həllinə kömək etməyəcək.
Qeyd edək ki, əks istiqamət üzrə isə ''Şamaxinka'' adlanan ərazidən ''Masazır'' dairəsinə kimi avtobus zolağının çəkiləcəyi bildirilir. Qeyd olunan yol sahəsindən gün ərzində ümumilikdə 37 müntəzəm marsrut xətti fəaliyyət göstərir. Zolağın tələbinə əməl etməklə 140 minə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradılacaq. Zolağa nəzarət xüsusi texniki vasitələr və ərazidə xidmət aparan yol polisi əməkdaşları tərəfindən ediləcək.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, avtobus zolağı istifadəyə verilib və bu tələbi pozanlar cərimə ediləcəklər. Tələbi pozan sürücüləri 40 manat məbləğində cərimə gözləyir.
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












