Bakı-Sumqayıt yolunda tıxaca düşməmək üçün sürücülər bunu etməlidir - VİDEO

Səhər saatlarında Bakı-Sumqayıt yolunda tıxacın yaranmasının başlıca səbəbi sürücülərin qaydalara əməl etməməsidir. Avtosfer.az xəbər verir ki, şəhər istiqaməti üzrə hərəkət edən sürücülər zolaqlar üzrə düzgün yerləşmirlər. 20 Yanvar metrostansiyası istiqamətinə gedən sürücülər tez çatmaq üçün sağ zolaqlarla hərəkət edirlər. Avtovağzalın yanına çatan zaman isə sol zolaqlara keçməyə başlayırlar. Bu zaman həm sol zolaqda axın dayanır, həm də sağ zolaqda.
Hər sürücü sol zolağa yerdəyişmə edən zaman, axında ləngimələr olur. Bu səbəbdən də tıxacın uzunluğu Masazır dairəsinə kimi uzanır. Lakin avtovağzalın yanındakı bütöv xətdən sonra avtomobillərin sərbəst hərəkət etməsini müşahidə etmək olur. Deməli bütöv xəttə qədər olan məsafədə sürücülər sağ zolaqdan sola keçməyə çalışırlar deyə tıxac yaranır.
Yolun sözügedən hissəsində sağdakı 3 zolaq yalnız kənar dairəvi yola gedən sürücülər üçün təşkil olunub. Lakin 20 Yanvar metrostansiyası istiqamətinə gedən sürücülər sağ zolaqları zəbt etdikləri üçün dairəvi yol istiqamətinə gedən sürücülər də tıxacda qalmaq məcburiyyətində olurlar. Sağ zolaqlar təyinatı üzrə istifadə olunsa yolda tıxac olmaz.
20 Yanvar və Şamaxinka istiqaməti üzrə hərəkət edən sürücülərdən xahiş olunur ki, onlar üçün nəzərdə tutulmuş zolaqlardan istifadə etsinlər. Əks halda bu yolun tıxac problemi həll olunmayacaq. Tıxacın yaranmasına səbəb olan sürücülərin videosunu təqdim edirik:
Fərid
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












