Bakıda 20 dəqiqə ərzində 4 avtobus prospektdə "protiv" gedir - VİDEO

Sərnişindaşıma fəaliyyəti göstərən 30 və 49 saylı marşrutlar Babək prospektində yol hərəkəti qaydalarını kobud şəkildə pozur. Belə ki, hər iki xəttin avtobusları prospektdə yollarını qısaltmaq üçün xeyli məsafəni əks istiqamətə hərəkət edir. Onlar həm yüzlərlə sərnişinin, həm də öz yolu ilə gedən digər maşınlarda olan insanların həyatını təhlükəyə atır.
Sürücülər prospektdə bu halın demək olar ki, hər gün yaşandığını deyir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov qayda pozan sürücülərin tezliklə tapılıb yüksək məbləğdə cərimə olunacaqlar: “Həmin görüntülərdə təxminən 3 avtobus və bir neçə nəqliyyat vasitəsi geriyə hərəkət edir. Videoda aşkar görünür ki, yolun sol tərəfində nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur. Təbii ki, bəzi avtomobil sürücüləri “tələsirəm”, “marşrut avtobuslarının sürücüləri isə “gecikirik” ifadələri işlədərək qabağa düşməyə çalışırlar və yol hərəkət qaydalarını kobud şəkildə pozurlar. Bu o demək deyil ki, onlar belə eləməklə mənzil başına vaxtında çatırlar. Əslində onlar böyük məbləğdə və eyni zamanda cərimə balı ilə cəzalandırılmalıdırlar ki, bir də belə səhvlərə yol verməsinlər”.
V.Əsədov qeyd edib ki, hazırda kameraların köməyi ilə həmin nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarının və sürücülərin aşkarlanıb qanunvericiliyin tələbləri üzrə məsuliyyətə cəlb edilməsi üçün araşdırılma aparılır: “Həmin sürücülərin aşkarlanıb məsuliyyətə cəlb edildiyi zaman sizə də məlumat verəcəyik. Eyni zamanda da sizin köməyiniz ilə ictimai nəqliiyyat vasitələrini idarə edən sürücülərin, sərnişindaşıma ilə məşğul olan fiziki və hüquqi şəxslərin nəzərinə çatdırırıq ki, təhlükəsizliyi təmin edək. Yol polisinin olmamasından istfadə edib belə kobud hərəkət etmək, təbii ki, yolverilməzdir. Unutmayaq ki, Bakı şəhərində hərəkətə hər tərəfli nəzarət etmək imkanı var və kameralar vasitəsi ilə təhlükəsizliyin təmin edilməsi üçün aidiyyatı üzrə tədbirlər həyata keçirilir. Buna görə də, sərnişin aşıma ilə məşğul olan hüquqi və fiziki şəxslərdən xahi edirik ki, onlar təbliğatı gücləndirsinlər. Sürücülərin özbaşınalığına, diqqət yetirsinlər. Əks halda qanunvericiliyin tələbləri ilə bağlı ictimai nəqliyyat vasitələrinin hüquqi şəxslərinə də tərəfimizdən təqdimatlar göndəriləcək. Bir daha bildirirəm ki, təhlükəsizliyimiz öz əlimizdədir”.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












