Bakıda avtobus sürücülərindən təhlükəli hərəkət - Aidiyyəti qurumlar hərəkətə keçdi - VİDEO

Bakıda sürücü marşrut avtobusunu yüksək sürətlə və qapısı açıq idarə edib. Digər bir sürücü isə içərisi sərnişinlə dolu vəziyyətdə yanacaqdoldurma məntəqəsinə daxil olub.
Sərnişinlər tərəfindən bununla bağlı "Xəzər Xəbər"in “qaynar xətt”inə görüntülər göndərilib.
İddia edilir ki, qapısı açıq şəkildə idarəolunan nəqliyyat vasitəsi Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Qobu istiqamətində hərəkət edən 567 nömrəli marşrut avtobusudur. Sərnişinlərin dediyinə görə, dəfələrlə xəbərdarlıq etsələr də, sürücü buna məhəl qoymayıb. Sərnişinlərlə birgə yanacaqdoldurma məntəqəsinə daxil olan isə “20 Yanvar” - Lökbatan dairəsi istiqamətində hərəkət edən 193 saylı marşrut avtobusdur.
567 nömrəli marşrut xətti üzrə daşıyıcı şirkətin mətbuat katibi Nizam Rzayev açıqlamasında yayılmış görüntünün araşdırıldığını bildirdi.
193 saylı marşrut xəttinin məsul şəxsi isə sürücü barəsində qanunauyğun şəkildə tədbirlər görüləcəyini dedi. Onun sözlərinə görə, bununla bağlı marşrut xətti üzrə fəaliyyət göstərən digər sürücülərə də bir daha bu halın təkralanmaması ilə bağlı xəbərdarlıq edilib.
Baş Dövlət Yol Polisi İdarəsindən isə "Xəzər Xəbər"ə bildirildi ki, məsələ ilə bağlı qanunamüvafiq tədbirlər həyata keçiriləcək.
Sərnişinlərlə birgə yanacaqdoldurma məntəqəsinə daxil olaraq onların həyatını təhlükəyə atan sürücü barəsində də tədbirlər görüləcək.
Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, daxil olan şikayətlərlə əlaqədar hər iki daşıyıcı şirkətə məsələni araşdırmaq və tədbirlər görmək barədə tapşırıqlar verilib.
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












