Bakıda körpülərin altını kim avtoparka çevirib? - VİDEO

Bakıda əksər körpülərin altından taksilər və digər nəqliyyat vasitələri az qala, avtopark kimi istifadə edirlər. Elə paytaxtın çəkiliş apardığımız Nərimanov, Sabunçu,Yasamal rayonlarında və digər ərazilərdə də bunun əyani şahidi olduq. Qanunsuz ola-ola körpü altlarında saxlanılan avtomobillər həm əhaliyə, həm də şəhərin yol-nəqliyyat infrastrukturuna təhlükə yaradır.
Bütün bunları bilə-bilə niyə yenəd də körpü altında maşın saxladıqlarını sürücülərin özlərindən soruşmaq istəsək də, kameramızı görən kimi bir-bir aradan çıxdılar.
Bənzər vəziyyət Salamzada küçəsindən Ziya Bünyadov prospektinə doğru olan körpünün altında da yaşanır. Ərazidəki dar küçələrin sakinləri avtomobillərini körpünün altında saxlayıb evə gedirlər. Baxmayaraq ki, "Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinə əsasən, dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə və onların altında dayanma və durma qadağandır. Bu qadağanı pozanları 20 manat cərimə gözləyir.
Bir müddət əvvəl AAYDA-nın əməkdaşları bəzi körpülərin altına nəqliyyat vasitələrinin daxil olmasının qarşısı almaq üçün beton maneələr yerləşdirmişdilər. Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Araz Əsgərli deyir ki, sürücülər bunun qanun pozuntusu olduğunu nəzərə almalıdırlar. Əks təqdirdə inzibati məsuliyyətə cəlb olunacaqlar.
Bəli, məsuliyyətszlik sonradan baş vermiş ağır yol-nəqliyyat hadisələri üçün səbəb kimi qiymətləndirilə bilməz. Ekspertlərin fikrincə, sürücülərin bu kimi qaydaları kobud şəkildə pozması həm də onların öz ciblərinə ziyandır.
Ekpert Eldəniz Cəfərovun fikrincə isə körpülərin altının dayanacaq kimi istifadə edilməsi Bakıda parklanma yerlərinin azlığı ilə əlaqəlidir: "Məhz parklanmaların azlığı bu mənzərəni ortaya çıxarır. Görünən isə odur ki, hələ uzun müddət sürücü 20 manatı gözdən çıxardıb körpülərin altında maşın saxlamağa, polis həmin sürücüləri cərimələməyə, parklanmaya məsul qurumlar isə gözlərinin önündə baş verənlərə göz yummağa davam edəcəklər".
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












