Bakıda parklanmanı kim təşkil edir, pulları necə yığıb hara xərcləyirlər? – AÇIQLAMA - VİDEO

Bakıda parklanmanın təşkili Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tabe olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə həvalə olunub. Avtosfer.az-ın növbəti buraxılışında nəqliyyat eksperti Elməddin Muradlı mövzu ilə bağlı ətraflı açıqlama verib. Onun sözlərinə görə, parklanmadan gələn gəlir park işçilərinin əmək haqqına, yolların infrastrukturunun inkişafına və texniki problemlərin aradan qaldırılmasına yönləndirilib. “Qanuni park yerlərində yığılan pullar, cənab Prezidentin tapşırıqları ilə yolda olan problemlərin aradan qaldırılmasına xərclənir”.
Ekspert, AYNA-nin sədri Anar Rızayevin müsahibəsi ilə bağlı da danışıb. “Anar müəllimin dediyinə görə, hələ ki, 1-ci və 2-ci zonalarda işlər davam edir. Pullar nağd, yox online formada ödənilir”.
“Parklanma ilə bağlı yol polisinə daxil olan müraciətlər günü-gündən çoxalır. Lakin DYP-nin bu məsələyə heç bir aidiyyatı yoxdur. Onlar yalnız dayanma-durma və parklanma qaydalarını pozan sürücüləri cəimələyirlər. Digər hallarda isə parklanma ərazilərində qayda pozan sürücülər AYNA-nın əməkdaşları tərəfindən cərimələnə bilərlər. Yol polisi Bakıdan kənarda parklanmanın təşkilinə və nəzarətin həyata keçirilməsinə nəzarət edir”.
Bəs hansı hallarda sürücü cərimə edilə bilər?
“Sürücü əgər parkinqin pulunu ödəmədən ərazidən uzaqlaşarsa və ya avtomobili düzgün park etmədən bir yox, iki yeri tutursa AYNA tərəfindən cəza ala bilər. Digər tərəfdən, avtomobil parkinqə daxil olanda onun fotosu çəkilir və sistemə vurulur. 15 dəqiqə sonra oranı tərk etməsə fotosu yenidən çəkilir. Sürücü ödəniş edirsə, cərimə yazılmır. Ödəniş etmədən ərazidən gedirsə o zaman cərimə yazılır”.
Qeyd edək ki, mövzu ilə bağlı rəy bildirmək, şikayət və təklif vermək istəyən vətəndaşlar AYNA-nın çağrı mərkəzinə - 141-ə müraciət edə bilər.
Daha ətraflı videoda:
Nurlan Sakitoğlu
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












