Bakıda səki zəbt edilir - piyadaların həyatı təhlükədədir

Bakının ''20 Yanvar'' dairəsinin yaxınlığı, Moskva ilə üzü Tbilisi prospekti istiqamətində hərəkət edən piyadaları həyatı təhlükədədir.
Çünki səki ilə hərkət edən piyadaların qarşısına maneə çıxır. Məcbur qalan piyadalar yolun hərəkət hissəsinə keçirlər. Belə olduqda da piyadaların təhlükəsizliyi risk altına düşür.
Avtosfer.az xəbər verir kİ, bu yoldan hər gün istifadə edən piyadalar deyirlər ki, avtomobili qanunsuz park edən sürücülərdən təngə gəliblər.
Ərazidə yol polisləri də xidmət aparırırlar. Hətta yol polisi səkidə və yol kənarında dayanma və durma qaydalarını pozan bir neçə sürücünü inzibati qaydada cərimə də edir.
Yol polisi həmin ərazidən bir az uzaqlaşan kimi isə eyni mənzərə yaranır. Görünən odur ki, ''20 Yanvar'' dairəsi və ''Şamaxinka'' kimi tanınan ərazilər üçün çox ciddi addımlar atılmalıdır.
Mövzuya münasibət bildirən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi vəzifəsini icra edən Araz Əsgərli bildirib ki, həmin ərazi şimal qapısı olduğundan hərəkət intensivliyi çoxdur. ''Orada patrul əməkdaşları sutkalıq xidmət aparsalar da, problemlərin bir qisminin qarşısı alınır. Gün boyu dayanma və durma qaydalarını pozan sürücülər aşkar edildikcə, cərimə olunurlar'',- deyə Araz Əsgərli bildirib.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












