Bakıda siqaret çəkən qadın sərnişinlə sürücü arasında qırğın düşdü - ANBAAN VİDEO

Sürücüylə sərnişin arasında baş vermiş mübahisə anbaan kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl axşam saatlarında 20 Yanvar metrostansiyası yaxınlığında qeydə alınıb. Belə ki, taksi sürücüsü siqaret çəkməyə başlayan qadın sərnişinə etirazını bildirib. O isə sürücünün sözünə əhəmiyyət vermədən “Mən beləyəm, əsəbiləşən zaman siqaret çəkməliyəm” deyərək cavab verib. Bu zaman sürücü sərnişinin cavabına əsəbiləşərək mədəniyyətdən kənar davranış sərgilədiyini və öncədən icazə almalı olduğunu vurğulayıb. Qadın isə “Kişilərə olur mənə niyə olmasın? Xanımam deyə üstümə gəlirsən?” deyərək qışqırıb. Onlar arasında mübahisə getdikcə daha da yüksəlib. Sürücü sərnişinə dəfələrlə maşından düşməsini bildirsə də, xanım ona məhəl qoymayıb. Sonda sərnişin sürücüdən onlara “zəhmət olmasa, düşün” - deyə, müraciət etməsini bildirib. Çarəsiz qalan sürücü isə qadının söylədiyi kimi onlara müraciət edib. Sürücü sərnişinlərin verdiyi pulu istəmədiyini qeyd edib. Bu zaman arxada əyləşən digər qadın sərnişin “heç xeyrini görmə” deyərək pulu sürücüyə verib.
NərmiN
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












