Bakıda sürücülər pulsuz parklanma yeri tapa bilmirlər - VİDEO

Nazirlər Kabinetinin qərarı ilə avqustdan etibarən Bakıda təsdiq edilmiş parklanma qaydaları tətbiq olunur.
Paytaxtın müəyyən hissələri 4 ödənişli parklanma zonasına bölünüb. Şəhərin mərkəzində parklanmanın 1 saatı 1 manat, digər zonalarda müvafiq olaraq 70, 40, 30 qəpik məbləğində müəyyən edilib. Ödənişlər mobil tətbiq üzərindən nağdsız qaydada həyata keçirilir.
Tətbiq edilən sistemin parklanma sahəsində nizam-intizam yaratması gözlənilirdi. Amma iki aydır tətbiq olunan yeni qaydalarla bağlı narazılıqlar müşahidə olunur. Narazılıqlar həm parklanma qiymətləri, həm də ümumiyyətlə əvvəllər ödənişsiz olan parklanma yerlərinin indi ödənişli olması ilə əlaqədardır.
Məsələ ilə bağlı mövqeyini öyrəndiyimiz Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirdi ki, parklanma yerlərinin yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir.
Nəqliyyat eksperti Elməddin Muradlı isə deyir ki, şəhərin mərkəzində və ya digər zonalarda bütün parklanma yerlərinin ödənişli olması doğru deyil. Onun sözlərinə görə, gələcəkdə şəhərin mərkəzi küçələrində parkalanma ödənişlərinin artması da gözlənilir.
Qeyd edək ki, parklanmaya görə ödənişin edilməməsi və ya parklanma yerindən ödəniş edilən müddətdən artıq istifadə üçün əlavə ödənişin edilməməsi, nəqliyyat vasitəsinin qanunla müəyyən olunan parklanma üsulunu pozmaqla parklanmasına görə şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 10 manat məbləğində cərimə edilir. (APA TV)
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












