Bakıda sürücüləri cərimə ilə üz-üzə qoyan yolayrıcı - VİDEO

Paytaxtın Bakıxanov prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində yolun daralması həm sıxlığa, həm də sürücülərin çaş-baş qalmasına səbəb olur. Avtosfer.az xəbər verir ki, sözügdən prospektdə (üzü “Dostluq” kinoteatrına gedən istiqamətdə) 4 hərəkət zolağı var. Ən sağdakı zolaq yalnız sağa, digər 3 zolaqdan isə düzünə hərəkət təşkil edilib. Lakin Səməd Vurğun küçəsinin kəsişməsindən sonra yol daralaraq 2 zolağa çevrilir. Orta zolaqla hərəkət edən sürücülər yol daraldıqdan sonra iki zolağın arasında qaldıqları üçün həm sağa, həm də sol zolağa yerdəyişmə edirlər. Bəzi sürücülər isə iki zolağın arası ilə gedərək qaydaları pozurlar. Belə olan halda isə istər-istəməz tıxac yaranır. Tıxacların ağırlaşmaması üçün isə həmin ərazidə daima yol polisi əməkdaşları xidmət aparır. Onlar çox vaxt sürücülərin əks istiqamətə çıxması üçün işarə verirlər və beləcə, Bakıxanov küçəsində axın sürətlənir.
Burada tıxacların qarşısını almaq üçün reversiv hərəkət təşkil edilməsi məqsədəuyğun hesab olunur. Qanunvericilikdə reversiv hərəkət nəzərdə tutulsa da, çox təəssüf ki, hərəkətin təşkili ilə məşğul olan qurumlar ehtiyac olan yollarda bunu tətbiq etmirlər. Yəni, Azərbaycanda hazırda reversiz yollar yoxdur.
Əgər Bakıxanov prospektində reversiz hərəkət təşkil edilərsə, yol polisi əməkdaşlarının da yolu nizamlamasına ehtiyac qalmayacaq. Günün pik saatlarında axın çox olan istiqamətə reversiv hərəkətlə əlavə zolaq ayrılarsa, sürücülərin rahat və fasiləsiz hərəkəti təmin ediləcək.
Elməddin
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












