Bakıda xanım sərnişin taksi sürücüsünü qayda pozmağa məcbur etdi: Sürücü görün nə etdi - VİDEO
Bakıda xanım sərnişin taksi sürücüsünü qayda pozmağa məcbur edib.
Avtosfer.az xəbər verir ki, sürücünün qeydə aldığı video sosial şəbəkədə yayılıb. Belə ki, müştəri aparan taksi sürücüsü paytaxtın Qara Qarayev prospekti ilə qaydalar çərçivəsində hərəkət edən zaman, xanım sərnişin onu avtobus zolağı ilə hərəkət etməyə məcbur edib. Sürücü isə avtobus zolağı ilə hərəkət etməyin qanunsuz olduğunu və buna görə cərimə yazıldığını müştərinin diqqətinə çatdırıb.
Taksi xidmətindən istifadə edən sərnişinlər tələsdikləri zaman taksi sürücülərini qayda pozmağa məcbur edirlər. Təbii ki, bu cür yanaşma doğru deyil. Sərnişin bilməlidiri ki, sürücünü tələsdirən zaman qayda pozuntusu nəticəsində qəza baş verə bilər. Qəza nəticəsində isə öz həyatı da təhlükə altında qalmış olur. Bununla yanaşı sürücü sərnişinə görə qayda pozan zaman cərimələnə bilər. Sürücü isə cəriməni ödəmək üçün gün ərzində və hətta bir neçə gün ərzində qazandığı pulu cəriməyə ödəməlidir.
Leyla
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












