Bakıda yağışlı havada baş vermiş dəhşətli qəzalar – REAL VİDEO
Adətən yağışlı havalarda sürücülərə avtomobil idarə edərkən son dərəcə ehtiyatlı olmaları tövsiyə edilir. Buna səbəb isə yolların həddindən artıq sürüşkən olmasıdır. Bir çox hallarda sürücülər adi hava ilə yağışlı hava arasında fərq qoymadan avtomobil idarə edirlər. Bu da acı nəticələrə gətirib çıxarır.
Avtosfer.az-ın təqdim etdiyi videogörüntülərdə 3 qəza baş verir. Hər üç qəza demək olar ki, eyni yerdədir. Aeroport yolunda yüksək sürətlə hərəkət edən sürücülər qəfil əyləci basanda sürüşmə baş verir və avtomobil idarəetməni itirir. Müasir avtomobillərin çoxunda sürüşməyə qarşı funksiya var ki, istər yağışlı, istərsə də qarlı havada bir düyməni basmaqla sürüşmə faizini minimuma endirmək olur. Lakin bu heç də bütün avtomobillərdə olmur.
Odur ki, sürücülər son dərəcə diqqətli olmalı, sürət həddi, ara məsafəsinə önəm verməlidirlər. Mütəxəssislər bildirir ki, elə sürət seçmək lazımdır ki, ehtiyac olduğu zaman əyləc sistemindən istifadə edilməsin, avtomobilin sürəti bunsuz tənzimlənsin. Videoya baxandan sonra qəzaların necə baş verdiyini əyani olaraq görəcəksiniz.
Orxan Əli
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












