Bakıda "yoxa çıxan" işıq dirəklərini niyə bərpa etmirlər? - BİABIRÇILIQ - FOTO - VİDEO
Ölkə Prezidenti cənab İlham Əliyev bir müddət əvvəl yolların işıqlandırılması ilə bağlı “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”-nin rəhbərliyinə xüsusi tapşırıq verib. Hətta qəsəbədaxili yollarda işıqlandırmanın zəruri oluğunu bildirib. Lakin hal-hazırkı görünən mənzərə heç də ürəkaçan deyil. Yol nəqliyyat hadisələri zamanı avtomobillər tərəfindən vurularaq yararsız hala salınmış işıq dirəkləri nəyə görəsə bərpa edilmir.
Aydındır ki, yol infrastrukturuna dəymiş ziyana görə sığorta şirkətləri, yaxud sürücü aidiyyəti qurumların balansına pul köçürür. Məhz bu pul hesabına zərər görmüş işıq dirəkləri bərpa olunmalıdır. Amma...
Bakı Dairəvi yolunda (Beynəlxalq Avtovağzaldan üzü Badamdar istiqamətinə gedən yolda) və avtomobil bazarından üzü Mikayıl Müşviq küçəsinə gedən yolda (Bakı Şəhər DYP idarəsinin qarşısında) çəkiliş apararaq nə qədər işıq dirəkləri yerinin boş qaldığının şahidi olduq. Həmin işıq dirəklərinin olmaması yolun tam işıqlandırılmasını təmin etmədiyi üçün sutkanın qaranlıq vaxtı, məhdud görünmə şəraiti zamanı sürücülər təhlükə ilə üzləşir.
Yalnız bir ərazidə çəkiliş etdik. Amma Ziya Bünyadov prospekti, Aeroport yolu, Babək prospekti və şəhərin əksər ərazilərində analoji mənzərədir. AAYDA sadəcə boş işıq dirəkərinin yerini dəmir lövhə ilə bağlayıb. Bu dirəklər niyə bərpa edilmir müammalıdır. Çünki dövlət tərəfindən müəyyən olunmuş qiymət var ki, bu dirəklərə görə AAYDA-ya ödənir. Görəsən bu pulların hesabatı necədir? Yəqin ki, qurumun bununla bağlı tutarlı cavabı olar.
Qeyd edək ki, bir vaxtlar bu işıq dirəklərini Bakıya keçmiş mer Hacıbala Abutalıbov gətirirdi. Təbii ki, iki qurum birlikdə bu məsələni həll etməlidir.
Avtomobil Yolları Haqqında Qanunun 1-ci maddəsində qeyd olunub ki, “avtomobil yollarının müvafiq layihəyə uyğun olaraq istifadəçilərin tələblərinə cavab verməsini təmin etmək məqsədi ilə bütün il boyu yola və yol qurğularına xidmət göstərilməsi, onların müayinəsi, yoxlanması və mühafizəsi tədbirlərinin görülməsi zəruridir”.
Təbriz Yusubov
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO


















