Baydenin icarəyə götürdüyü avtomobillər yandı – faciədən qurtuluş - VİDEO
Bu günlərdə ABŞ prezidenti Co Bayden Şükranlıq günü münasibəti ilə Massaçusets ştatına səfər etmişdi.
Avtosfer.az xəbər verir ki, səfərdə onu və ailəsini müşayiət etmək üçün xüsusi xidmət orqanları bahalı avtomobillər icarəyə götürüb. Söhbət “Chevy Suburban”, “Ford Explorer”, “Infiniti QX80”, “Ford Expedition” və “Jeep Gladiator” modellərindən gedir.
Səfər bitdikdən sonra maşınlar icarəyə götürüldüyü yerə, Massaçusets aeroportuna qaytarılıb. Ən maraqlısı isə bundan sonra baş verib. Avtomobillərdən bəziləri parkinqdə alışıb. Təhlükəsizlik xidməti yanğını ətraf ərazilərə keçmədən söndürüb. İlkin ehtimala görə yanğın bir həftə əvvəl istehsalçı tərəfindıən geri çmağırılmış “Ford”da başlayaraq digərlərinə keçib. Sözügedən avtomobilin akkumulyatorunda problem vardı.
Lakin ən əsası, mühafizə xidmətinin sayıqlığı olub. Belə ki, aeroportun yanacaq anbarının yanında park edilmiş avtomobillərdə yanğının böyüməsi faciə ilə sonlana bilərdi. Sözügedən ərazidəki çənlərdə 100 tonadək kerosin vardı. Yanğın bura sıçrayacağı təqdirdə faciənin hansı miqyasda olacağını təsəvvür etmək çox da çətin deyil.
Vüqar
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












