Bəzi şirkətlər reklamlarla satdıqları ehtiyat hissələrinin saxtalığını ört-basdır edir – EKSPERT - VİDEO

İyulun 16-sı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı layihə çərçivəsində ictimai müzakirə keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, vətəndaş cəmiyyəti institutları, ekspertlər və media təmsilçiləri iştirak ediblər.
.bmp)
Müzakirələr zamanı çıxış edən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, qurum bir müddətdir bu sahədə araşdırma aparırıq və bir avtomobil modeli üzərində konkret bu rpsoes davam edir.
“Tədqiqat nəticəsində müəyyən etdik ki, həmin avtomobilə aid ehtiyat hissələrinin təxminən 8-10%-i saxtadır. Bu fakt olduqca ciddi təhlükə doğurur.
Bu saxta hissələrin satış məntəqələri də məlumdur və artıq bununla bağlı müvafiq dövlət orqanlarına müraciət etmişik. Eyni zamanda, bəzi rəsmi distribyutor və şirkətlər barəsində də məsələ qaldırılıb. Təəssüf ki, bu saxta məhsulların bazarda qalmasından sonra həmin şirkətlər cəlbedici reklam kampaniyaları ilə vəziyyəti ört-basdır etməyə çalışırlar. Bu ucuz və təhlükəli ehtiyat hissələri bəzi platformalarda geniş yayılıb. Platformalar isə ciddi istehlakçı problemlərinə səbəb olur və məsuliyyəti bölüşməkdən yayınırlar. Təsəvvür edin ki, bir avtomobil sahibi yalnız istifadə etdiyi hissənin zahirən normal görünməsi ilə aldadılır. Halbuki həmin hissə nə sertifikatlaşdırmadan keçib, nə də hansısa standartlara uyğundur. İstehlakçılarla müqavilə bağlanmır, məhsulun mənşəyi və keyfiyyəti barədə heç bir sənəd təqdim olunmur. Əldə olunan ehtiyat hissənin kim tərəfindən istehsal edildiyi, kim tərəfindən quraşdırıldığı barədə heç bir sübut və məsuliyyət yoxdur”.
Eyyub Hüseynov qeyd edib ki, bu və bu kimi hallar nəticəsində istehlakçılar çoxsaylı problemlərlə qarşılaşır.
“Ən böyük problem isə odur ki, bəzən rəsmi məhsul təklif edən şirkətlərlə saxta məhsul yayanlar sanki bir yerdə fəaliyyət göstərirlər. Sanki qanun burada “üç müşketyor” prinsipi ilə işləyir: “Birimiz hamımız üçün, hamımız birimiz üçün”. Bu məsələni təkcə media qarşısında yox, həmkarlarımız qarşısında da qaldırmışıq. Çünki bu problem sistemlidir və dərin köklərə malikdir”.
Eyyub Hüseynov onu da vrğulayıb ki, mediada hansısa piyadavurma hadisəsi zamanı sürücünün, yaxud piyadanın günahlandırılması narahatlıq yaradır. Bu məsələdə təkcə günahlandırma yox, baş verən hadisə çərçivəsində ekspertlər və qurumlar tərəfindən maarifləndirməyə də önəm verilməlidir.
Fidan
Kuryer qadın sürücünün qarşısını kəsib döydü, başqa sürücü də onu əzişdirdi - VİDEO
Sumqayıtda azyaşlı yolda təhlükə saçdı: Qorxulu anlar yaşandı - VİDEO
Xanım sürücü qazla tormozu səhv salıb 13 yaşlı uşağı vurdu - VİDEO
Yaşayış zonasında “hoqqa” verən yeniyetmə sürücü qəza törətdi - ANBAAN VİDEO
Qadın sürücü "Range Rover"i aşırdı; xəsarət alanlar var - Bakı-Qazax yolunda qəza – VİDEO
Binanın girişini bağlayan şəxs xanım sürücü imiş - Sakinlər maşınsız qaldı - VİDEO
Sürət yarışına çıxan sürücülər yolu bir-birinə qatdı - VİDEO
“Land Rover”lə toqquşmamaq üçün sürücü maşını bordürə çırpdı, sonra… - VİDEO
"Gelandewagen"də ad gününü qeyd edən azyaşlı tapıldı - ATASI CƏRİMƏLƏNDİ - VİDEO
Yol polisi yoxlamadan qaçan skuterli kuryeri yıxaraq saxladı - VİDEO
Yolayrıcında ağır qəza; yenə "Prius" - Günah kimdədir? – Ekspert İZAH ETDİ - VİDEO










