Bina sakini qapıçını tapança ilə vurdu – ANBAAN VİDEO

Türkiyənin Adana vilayətində bina sakini qapıçını tapança ilə vurub. Avtosfer.az xəbər verir ki, hadisə Seyhan rayonunun 2000 evlər məhəlləsində qeydə alınıb.
Məlumata görə, binanın mənzillərindən birində yaşayan Canər Şahin (27), naməlum səbəblərdən binada qapıçı işləyən Ridvan Uçarla (31) mübahisə edib. Bundan sonra mübahisə böyüyərək davaya çevrilib. Təhlükəsizlik kamerasına düşən davada hər iki şəxs bina sakinlərini tərəfindən sakitləşdirilib.
Ancaq, bir müddət sonra Canər Şahin tapança ilə hadisə yerinə qayıdaraq Ridvan Uçara 3 əl atəş açıb. Uçar, bədəninin müxtəlif hissələrinə tuş gələn güllələr nəticəsində ağır yaralanıb.
Ağır xəsarətlər alan Uçar, çağırılan ambulansla Seyhan Dövlət Xəstəxanasına çatdırılıb.
Polis əməkdaşları hadisə törətməkdə şübhəli bilinən Canər Şahini saxlayaraq şöbəyə aparıblar.
Canər Şahin barəsində toplanan materiallar baxılması üçün məhkəməyə göndərilin. Növbətçi hakim qarşısına çıxarılan Canər Şahin həbs edilib.
Namiq Musayev
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












