Bu dəfə paytaxt yollarındakı "Prius" diskləri ilə diqqət mərkəzində - VİDEO

Paytaxt yollarında disklərinə müdaxilə edilən Toyota "prius" markalı avtomobil görüntülənib.
Bu barədə video BAKU.WS-in "qaynar xətt"inə daxil olub.
Hadisə şahidinin iddiasına görə, sözügedən hal qayda pozuntusudur.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inpektoru Araz Əsgərli BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, bu situasiyada təkər bazasının ölçüsünə dəyişikliklər olunmayıb. Diskə görünüş üçün dəmir bağlanıb. Bu da texniki müdaxilə sayılmır.
O ki qaldlı belə halların inzibati məsuliyyətinə bu zaman qaydalar belədir:
"Nəqliyyat vasitəsinin texniki sazlığına diqqət yetirmək yol hərəkəti haqqında qanunun 37-ci maddəsinə uyğun olaraq hər bir sürücünün vəzifəsidir. Avtomobilə edilmiş müdaxilələr istehsalçının nəzərdə tutulmuş normalarından kənara çıxmamalıdır. Hər bir avtomobilin interyer və eksteryerində dəyişiklik ediləndə təhlükəsizlik məsələsinə əməl olunmalıdır. Əgər nəqliyyat vasitəsində istehsalçının nəzərdə tutduğu qaydada normativ tələblər pozularsa, inzibati xətalar məcəlləsinin 342.2.2-ci maddəsinə uyğun olaraq sürücü 150 manat məbləğində cərimə olunur. Söhbət konstruktiv normativ tələblərin pozulmasından gedir. 1 saylı əlavədə siyahı üzrə göstərilən nasazlıq yaranıbsa 50 manat məbləğində cərimə nəzərdə tutulur. Əgər sözügedən nasazlıq yerində aradan qaldırılırsa cərimə nəzərdə tutulmur".
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












