Bu küçədə hər gün qəza baş verir - Maşınlar səkiyə çırpılır - DİQQƏTLİ OLUN - VİDEO

Xırdalan şəhərində hərəkətin təşkilində olan problem sürücülərin qəzaya düşməsinə səbəb olur. Bu barədə oxuculardan biri nəzarət kamerasına düşən görüntüləri Avtosfer.az-ın qaynar xəttinə göndərib. O bildirir ki, qəzalar Heydər Əliyev prospektində (“Rahat” market və “Ana-Bala” parkının yanında) baş verib. Qeyd edək ki, 2 il əvvəl Heydər Əliyev prospekti boyunca ayırıcı zolaqlar təşkil edildi. Lakin o vaxtdan bəri hərəkətin təşkili qüsurlu olaraq qalıb. Bu səbəbdən də sürücülər prospektin müxtəlif yerlərində ayırıcı zolağın kəsiklərinə çırpılaraq qəzaya düşürlər. Səbəblərdən biri yolda normal işıqlandırılmanın olmaması, digəri isə nişanlanma xəttlərinin düzgün çəkilməməsidir. Videogörüntüdən də aydın şəkildə görünür ki, solğun şəkildə qalmış qırıq-qırıq xətlər sürücüləri birbaşa ayırıcı zolağın üzərinə aparır. Ümumilikdə isə sözügedən prospektdə nişanlanma xətləri düzgün təşkil edilməyib.
Ayırıcı zolağın qarşısına çəkilmiş təhlükəsizlik adacığına bənzər nişanlanma xətti qüsurludur. Çünki qanunvericilikdə belə nişanlanma xətti yoxdur. Əslində orada asfalt örtüyü üçün nəzərdə tutulmuş boya ilə (işıqqaytarıcılı tərkibli boya ilə) təhlükəsizlik adacığı çəkilməli idi, ayırıcı zolağın üzərinə isə 2.7 nişanlanması (təhlükəli sahələrdə yolun səthindən hündürə qalxan təhlükəsizlik adacıqlarını və bordürləri göstən nişanlanma xətti) tətbiq edilməli idi. İşıqqaytarıcı elementli nişan və nişanlanma xətləri təşkil edilsəydi yolda bu cür qəzalar baş verməzdi. Görünür ki, hərəkətin təşkili ilə məşğul olan qurumlara sürücülərin təhlükəsizliyi o qədər də önəmli deyil.
Nəzrin Sailqızı
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












