Bu küçədə qanunsuz parklanan avtomobillərə görə sıxlıq yaranır - FOTO

Nərimanov rayonu, Fəxrəddin Musayev küçəsində avtomobil əlindən tərpənmək olmur. Avtosfer.az-a izləyicilər tərəfindən göndərilən fotoda hər şeyi aydın şəkildə müşahidə etmək mümkündür. Ərazidə rəsmi ödənişli parklanma olmadığından sürücülər avtomobili necə gəldi saxlayaraq yolu bağlayırlar. Qanunsuz parkinqlərə isə dırnaqarası "parkinqçilər" nəzarət edir.
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirdi ki, ərazi DYP-nin nəzarətindədir, əməkdaşlar tərəfindən gün ərzində küçəyə baxış keçirilir. Qanunsuz parklanan avtomobillər barəsində protokol tərtib olunur və onlarla maarifləndirici söhbətlər aparılır.
Sürücülərin diqqətinə çatdıraq ki, qanuni parkinq olmayan yerlərdə avtomobil saxlayaraq digər sürücülərə çətinlik yaradırsınız, üstəlik həmin ərazidə hərəkət edən piyadaları təhlükə ilə üz-üzə qoyursunuz.
Qeyd edək ki, belə hallarda sürücülər İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilə bilərlər.
Fərid
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO













