Bu küçədə sürücülər bilmədən hər gün qayda pozur: 60 manat cəriməsi var - VİDEO

Paytaxtın İnşaatçılar prospekti ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində sürücülər qaydaları pozurlar. Bu barədə oxuculardan biri redaksiyamızın elektron ünvanına müraciət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, 10-cu keçid küçəsi adlanan yoldan sağa - İnşaatçılar prospektinə dönən sürücülər təhlükə ilə üzləşir. Belə ki, Ə.Haqverdiyev küçəsindən sola dönən sürücülər 10-cu keçid küçəsi adlanan yoldan sağa dönən sürücülərə yol vermirlər. Nəticədə sürücülər arasında anlaşılmazlıq baş verir.
“Yol hərəkəti haqqında” qanunun 76-cı maddəsində qeyd olunub ki, svetoforun yaşıl işığında sola və ya geriyə dönən sürücü, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Buna görə də sözügedən kəsişmədə Ə.Haqverdiyev küçəsindən sola – İnşaatçılar prospektinə (Dövlət Statistika Komitəsinə tərəf) dönən sürücülər qarşıdan sağa dönən sürücülərə yol verməlidir. Lakin həmin kəsişmədə müşahidə aparsaq, sola dönən sürücülərin yol vermədiyinin şahidi olarıq. Sürücülərin diqqətinə çatdırırıq ki, Ə.Haqverdiyev küçəsindən sola dönərkən 10-cu keçid küçəsindən gələn avtomobillərə yol vermədikləri halda cərimələnə bilərlər.
Nərminə Əli
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












