Bu küçəyə kamera quraşdırıldı: Sola dönənlər və xətti tapdalayanlar CƏRİMƏLƏNİR - VİDEO

Paytaxtın ən çox qayda pozulan daha bir küçəsinə kamera quraşdırılıb. Avtosfer.az xəbər verir ki, söhbət Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsindən (qoşa yanacaqdoldurma məntəqəsinin yanından) gedir. Azadlıq prospektinin əsas hərəkət hissəsində nişanlar yalnız düzünə getməyi məcbur etdiyi üçün, sürücülər sağ hərəkət hissəsinə keçərək oradan sola – Cəfər Xəndan küçəsinə dönürdülər. Lakin qeyd edək ki, sağ hərəkət hissəsində də nişanlar yalnız düzünə və sağa təşkil edilib. Qayda pozuntusu kütləvi hal aldığı üçün əraziyə nəzarət kamerası quraşdırılıb. Hal-hazırda sözügedən kəsişmədən sola dönən və təhlükəsizlik adacığının tələbini pozan sürücülər 40 manat məbləğində cərimə edilir.
Sürücülər Cəfər Xəndan küçəsi istiqamətinə getmək üçün öncə sağa dönməli və qarşıdan geriyə dönərək həmin istiqamətə gedə bilərlər.
Fərid
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












