Bu məktəblərin qarşısında xaos yaşanır: təbliğat zəifdir - VİDEO
Paytaxt və paytaxt ətrafı qəsəbələrdəki məktəblərdə təhsil alan şagirdlərin yol hərəkəti qaydaları ilə bağlı maarifləndirmə işləri çox aşağı səviyyədədir. Şagirdlər məktəbdən çıxan zaman yolun hərəkət hissəsini necə və haradan keçməli olduqlarını bilmirlər. Şagirdləri məktəbdən götürməyə gələn valideynlər isə avtomobillərini qadağan olunmuş yerlərdə park edərək həm sürücülərə, həm də piyadalara maneə yaradırlar. Bu işdə bir başa olaraq məktəb direktorlarının özü maraqlı olmalı və maarifləndirmə işində fəal iştirak etməlidirlər. Lakin göz qabağında olan mənzərədən aydın şəkildə görünür ki, bu məsələdə təbliğat və maarifləndirmə işləri çox aşağı səviyyədədir. "Dövlət Proqramı"-nda da qeyd olunub ki, məktəblərdə və digər təhsil ocaqlarında təhsil alan şagirdlər, tələbələr maarifləndirilməlidir. Avtosfer.az-ın dərc etdiyi video, paytaxtın Parlament prospektində yerləşən 20 saylı məktəbin və Şeyx Şamil küçəsi ilə İstiqlaliyyət küçəsinin kəsişməsində yerləşən 132 və 134 saylı məktəblərin qarşısında qeydə alınıb. 20 saylı məktəbin qarşısında dayanma-durmanı qadağan edən nişan olsa da belə, həmin məktəbə gələn valideynlər və müəllimlər avtomobilini qadağan olunmuş nişanın təsir sahəsində, səkidə və avtobus dayanacağında park edərək yolu zəbt edirlər. Analoji hal digər məktəblərin qarşısında da baş verir. Tıxaclar da bu cür qayda pozuntularına görə baş verir.
Avtosfer.az saytı adından bütün məktəb direktorlarına səslənib xahiş edirik ki, bu cür qayda pozuntularının qarşısını almaq və insanların təhlükəsizliyini qorumaq üçün yol polisi ilə birgə maarifləndirmə tədbirlərini gücləndirsinlər.
Təbriz Yusubov
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












