Bu rayonda sahibsiz itlər hətta avtomobillərin üzərində belə gəzir - VİDEO

Maşınların üstünə çıxırlar, rahat şəkildə hərəkət edirlər.
Sahibsiz küçə itlərinin bir neçəsi avtomobillərin üstündə, digərləri isə binaların həyətində özlərinə məskən salıb. Sakinlərin kabusuna çevrilən sahibsiz itlərə əksər yaşayış binalarının girişində rast gəlmək mümkündür. Görüntülər Abşeron rayonundandır.
Sakinlər bildirir ki, sahibsiz itlər onları bəzən evlərinə daxil olmağa qoymurlar. Avtomobillərin alt hissəsindən qəfil çıxaraq insanlara hücum edən itlərin quduz olmasından ehtiyyat edirlər. Məhz buna görə də, aidiyyəti qrumlardan yardım istəyirlər.
Abşeron rayon İcra Hakimiyyətindən bildirilib ki, ətraf yaşayış massivlərindən sahibsiz heyvanların rayon ərazisinə kütləvi axını var. Bütün bunları nəzərə alaraq Rayon İcra Hakimiyyəti tərəfindən, mütəxəssislərin də rəyi nəzərə alınmaqla, Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin layihəsi hazırlanıb:
"Layihədə sahibsiz heyvanların müayinəsi, müalicəsi, peyvəndlənməsi üçün otaqlar, həmçinin heyvanların gəzinti sahələri, geniş yaşıllıq zolaqları, o cümlədən istənilən şəxslər tərəfindən himayəyə götürülməsi imkanlarının yaradılması nəzərdə tutulub. Layihənin tikintisi artıq həyata keçirirlir. Bu işlər başa çatdıqdan sonra problem öz həllini tapacaq. Sakinlərdən isə sahibsiz heyvanlara qarşı hümanist davranmağı, azyaşlı uşaqları isə diqqətsiz qoymamağı xahiş edirik",-deyə İcra Hakimiyyətindən bildirilib.
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












