Bu xətlərə aldanıb maşını park etməyin: Cərimə yazılır - VİDEO

Paytaxtın Aşıq Molla Cümə küçəsində sürücülər parklanma qaydasını kütləvi şəkildə pozurlar. Həmin sürücülərə qarşı yol polisi əməkdaşları mütəmadi olaraq inzibati məsuliyyət tədbirləri həyata keçirir. Parklanma qaydasını pozmağa görə cərimələnən sürücülərdən biri həmin ərazidən videogörüntü çəkərək Avtosfer.az-ın qaynar xəttinə göndərib. O bildirir ki, həmin küçənin sol tərəfində dayandığı üçün cərimə olunub: “Yolun sol tərəfində parklanmanı qadağan edən heç bir nişan yoxdur və asfalt üzərində parklanma üçün nişanlanma xəttləri çəkilib. Lakin avtomobili burada park edən zaman yol polisi əməkdaşları cərimə yazır. Bu, sürücülər üçün bir tələdir” – deyərək oxucu bildirib.
Qeyd edək ki, avtomobili yolun sol tərəfində park edən sürücülərin cərimə olunması tam qanunidir. Çünki yolun sol tərəfindəki nişanlanma xətti parklanmanı yox, təhlükəsizlik adacığını bildirir. Təhlükəsizlik adacığının üzərində parklanma isə qanunla qadağandır. Həmçinin hərəkət hissəsinin sol tərəfində dayanma-durma da qadağandır. Bunu bilməyən sürücülər orada parklanma qaydasını pozur və cərimə olunduqda isə günahı yol polislərində görür. Təbii ki, səsləndirilən ittihamlar tam əsassızdır. Həmin nişanlanma xətti tələ ola bilməz. Hərəkət zolaqlarını ayıran bu təhlükəsizlik adacıqları dünya təcrübəsində də mövcuddur. Ona görə də sürücülər qanunları öyrənməli və cərimə olunmamaq üçün qaydalara birmənalı olaraq əməl etməlidirlər.
Nərminə Əli
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












