Bu yol sürücüləri təngə gətirib - VİDEO

Gəncə şəhərindən Samux rayonunun Qarayeri qəsəbəsinə gedən magistral yol illərdir ki, əsaslı təmir üzünə həsrətdir. Yoldan müntəzəm istifadə edənlər artıq təngə gəldiklərini deyirlər. Saysız-hesabsız çala-çuxurlar nəqliyyat vasitələrinə ziyan vurur.
Sürücülər 50 ildən artıqdır ki, istismarda olan Gəncə-Qarayeri yolundan narazıdır.
Yolun asfalt örtüyü yararsız vəziyyətə düşüb. Tez-tez kosmetik təmir aparılır, ancaq sürücülər nə yoldan, nə də başdansovdu təmirdən razıdırlar. Mövcud vəziyyət nəqliyyat vasitələrinin müxtəlif ehtiyat hissələrinin sıradan çıxmasına səbəb olur.
Yol əsaslı təmir edilməsə, Samux rayonunun bu yoldan istifadə edən 50 mindən artıq sakini eyni əziyyəti çəkməyə davam edəcək.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirdi ki, yolun əsaslı təmirə ehtiyacı var. Məsələ dövlət proqramına salınıb. Maliyyə vəsaiti ayrılan kimi təmirə start veriləcək.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












