Buzovnada "Prius" yola qaçan piyadanı vurub öldürdü - VİDEO

Buzovnada ölümlə nəticələnən yol-nəqliyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 22-də qeydə alınıb. Belə ki, 90 km/saat sürət həddi təyin edilən yolda hərəkətdə olan "Toyota Prius" markalı 50-DP-911 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən 1969-cu il təvəllüdlü E.Quliyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, piyada öz həyatını heçə sayaraq yüksək sürət həddi təyin edilən, nəqliyyatın intensiv hərəkətdə olduğu yoldan keçməyə çalışıb:
"Hadisə Mərdəkan-Buzovna şosesi, Buzovna qəsəbəsi istiqamətində baş verib. Faktla bağlı araşdırma aparılır. Bir daha sürücülərə, piyadalara yollarda diqqətli olmağı tövsiyə edirik. Xüsusilə günün qaranlıq saatlarında bu cür diqqətsizlik bədbəxt hadisələrlə nəticələnir. Dəfələrlə hərəkət iştirakçılara müraciət edərək təhlükəsizlik qaydalarına, yol hərəkəti qaydalarına ciddi əməl etmələri tövsiyə edilib. Lakin təəssüf hissi ilə bildiririk ki piyadalar təhlükəsiz keçid ola-ola ke yollarda piyadalar üçün nəzərdə tutulmayan yerdən keçməyə davam edirlər".
Emin
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












