Bakıda 1500 manatlıq cərimədən yayınmaq istəyən şəxsin avtomobili saxlama meydançasındadır - VİDEO - YENİLƏNİB

“Həmin şəxslə bağlı qanuni tədbir görülüb, avtomobili saxlama meydançasına yerləşdirilib”.
Bu sözləri avtomobilin dövlət qeydiyyat nişanına müdaxilə edən sürücü ilə bağlı açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli deyib.
O bildirib ki, həmin şəxs barədə qanuni tədbirlər görülüb.
“Bununla yanaşı bildirmək istəyirəm ki, belə hərəkətləri edən şəxslər unutmasınlar ki, etdikləri qayda pozuntusu olmaqla yanaşı, digər vətəndaşların da hüquqlarına, haqlarına müdaxilə etmək kimi qiymətləndirilir. Cəmiyyətdən bu cür şəxsləri ictimai qınaq obyektinə çevirməyi, bu tip hərəkətləri başqa sürücülərdə görən vətəndaşlardan polisə məlumat verməklərini də xahiş edirik. ” – deyə, polis mayoru qeyd edib.
Araz Əsgərli həm də sürücünün etdiyi hərəkətə görə əziyyət çəkən şəxslərin müəyyən edildiyini və protokollarının ləğv olunacağını da qeyd edib.
Qeyd edək ki, sürücünün 1500 manat ödənilməmiş cəriməsi var və sürücü İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən cərimələnəcə
13:41
Bəzi sürücülər cərimədən yayınmaq üçün avtomobilin dövlət qeydiyyat nişanına müdaxilə edirlər. Avtosfer.az xəbər verir ki, rəqəmin birini dəyişməklə elekton cərimədən yayınan sürücülər eyni zamanda başqa bir nəqliyyat vasitəsinin haqsız yerə cərimə olunmasına səbəb olurlar. Təqdim etdiyimiz videoda 01-BS-449 dövlət nömrə nişanlı, "Naz Lifan" markalı avtomobilin sürücüsü "9" rəqəminə müdaxilə edərək onu "8"ə çevirib. Nəticədə isə tamamilə fərqli bir avtomobilə məxsus dövlət nömrə nişanı ortaya çıxır. Cərimə yazılanda isə protokol başqa sürücüyə gedir.
Videonu təqdim edirik:
Fərid
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












