Çimərlikdə "avtoş"luq edənləri bu qədər cərimə gözləyir - VİDEO

Çimərlik ərazisində avtomobillərin hərəkəti insanların istirahətinə mane ola, hətta xəsarət almalara belə səbəb ola bilir.
Belə hadisələr dəfələrlə baş verib. Bu yaxınlarda çimərlik ərazisində avtoxuliqanlıq edilməsi hadisəsini də fakt kimi qeyd edə bilərik.
Sözügedən vəziyyət təbii ki, çimərliyə istirahət üçün gələnləri narahat etməyə bilməz.
BDYPİ-nin ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru Toğrul Nəsirli bu istiqamətdə nəzarət tədbirlərinin həyata keçirildiyini bildirir.
Toğrul Nəsirli onu da qeyd edib ki, bu cür hərəkətlərə yol verən şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə oluna bilər. Və ya onları nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs gözləyir. (APA TV)
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












