Çimərlikdə avtoxuliqanlıq edən Astara sakini həbs edilib - FOTO

Astarada insanların dincəldiyi çimərlik ərazisində avtoxuliqanlıq hərəkətləri edən və bu görüntüləri sosial şəbəkədə paylaşan şəxs inzibati qaydada həbs edilib. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara rayon sakini Muğbil Həsənov etibarnamə olmadan idarə etdiyi “Vaz 21063” markalı avtomobillə rayon ərazisindəki çimərliklərdən birində orada dincələn şəxslərin həyatı üçün təhlükəli olan manevrlər edib. Sonradan isə həmin görüntüləri sosial şəbəkədə paylaşıb. İnsanların istirahət etdikləri məkanda ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik etməklə avtoxuliqanlıq hərəkətlərinə yol verən həmin sürücü Astara Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən müəyyən edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib edilib və toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə M.Həsənov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.
Masazırda sürücülər əks yola axışdı: Maşınlar yaşıl işıqda belə keçə bilmədi - VİDEO
Bu şəxsi görənlər diqqətli olsun: Dələduzluqla məşğuldur - VİDEO - FOTO
Piyada keçidində qayda pozan sürücü qarşıdakı maşını belə vurdu - DİN-dən VİDEO
Qarabağda icra olunan nəhəng nəqliyyat-logistika layihələri nəyi dəyişəcək? - VİDEO
Əks yola çıxıb motosikletçini borclu çıxardı, sonda isə… - VİDEO - YENİLƏNİB
Dayanacaqda yer tapa bilməyən taksi sürücüsü parkinqə üz tutdu - VİDEO
Kobud qayda pozan “KamAZ” sürücüsü ağır qəzadan son anda yayındı - VİDEO
“Kristal”dan sakinlərə parkinq “qadağası”: Yolun hər iki tərəfi konuslarla bağlandı - VİDEO
“Şou” xətrinə sərnişini də ölüm təhlükəsinə atdı - 10-RR-662 - VİDEO
Biləcəridə yük maşını piyadalara yol verən “Prius”a çırpıldı - VİDEO
Sürücüsüz maşınları sürmək nə vaxt mümkün olacaq? – Ekspert AÇIQLADI – VİDEO












