Dairəvi yoldakı “şahmatçılar” - VİDEO

1968-ci il Vyana konvensiyasına üzv olan ölkələrin yol hərəkəti qanunvericiliyinə görə üçüncü cərgə ötüb keçmək üçündür. Avtobus və yük maşını bu yola daxil ola bilməz. Di gəl ki, bizdə bu qaydanı çoxları bilərəkdən və ya bilməyərəkdən pozur. Keçim sözümün canına.
23.12.2022, saat 11.35 radələri. Meyvəli təfədən dairəvi yola çıxarkən 77 CV 760 nömrə nişanlı avtobus üçüncü cərgədə təxminən 90 km/saat sürətlə hərəkət edirdi. Avtobus 1 kilometrdən çoc yolu üçüncü cərgə ilə hərəkət etdikdən sonra nədənsə qəflətən ikinci cərgəyə çəkilməyə qərar verdi, onun arxasındakı minik avtomobilləri də ötüb keçdi.
Arxada gələn 99 LG 974 nömrə nişanlı Mercedes isə dözməyərək əvvəl üçüncü yoldan sağa, sonra isə sola manevr etdi. Həm də heç bir dönmə işığından istifadə etmədən. Digər Mercedes isə birinci cərgədən ötmə əməliyyatı etdi. Yəni, məşhur şeirdə deyildiyi kimi “yerimiz səhv düşmüşdü”. Bir sözlə, bir peşəkar bu 40 saniyəlik videoya baxsa çox sayda qayda pozuntusunu üzə çıxarar.
Dairəvi yoldan gündəlik istifadə edən şəxs kimi burada sutkanın istənilən saatında avtobusların ciddi qayda pozuntusuna yol verdiyinin şahidi oluram. Lökbatan dairəsindən çıxdıqdan sonra böyük avtobuslar Avtovağzala çatmaq üçün minik avtomobillərindən daha sürətlə hərəkət edir. Minik avtomobillərinin addımbaşı hərəkət zolağını dəyişməsi isə təəssüf ki yarım əsrdən çoxdur bizim milli sürücülük modelimizə çevrilib. Əksər sürücülər yolda “şahmat oynamadan” hərəkət edə bilmir.
Bəs Dairəvi yolda intizam yaratmaq mümkündürmü? Əlbəttə mümkündür, lakin bu, texnoloji vasitələrlə olmalıdır. Sözügedən ərazidə polis xidmət apara bilməz, çünki insan həyatı üçün təhlükəli ərazidir, dayanmağa yer yoxdur. Cəmi 2 kamera ilə qayda-qanunu qısa müddətdə bərpa etmək mümkündür.
Vüqar Yaşaroğlu
Masazırda sürücülər əks yola axışdı: Maşınlar yaşıl işıqda belə keçə bilmədi - VİDEO
Bu şəxsi görənlər diqqətli olsun: Dələduzluqla məşğuldur - VİDEO - FOTO
Piyada keçidində qayda pozan sürücü qarşıdakı maşını belə vurdu - DİN-dən VİDEO
Qarabağda icra olunan nəhəng nəqliyyat-logistika layihələri nəyi dəyişəcək? - VİDEO
Əks yola çıxıb motosikletçini borclu çıxardı, sonda isə… - VİDEO - YENİLƏNİB
Dayanacaqda yer tapa bilməyən taksi sürücüsü parkinqə üz tutdu - VİDEO
Kobud qayda pozan “KamAZ” sürücüsü ağır qəzadan son anda yayındı - VİDEO
“Kristal”dan sakinlərə parkinq “qadağası”: Yolun hər iki tərəfi konuslarla bağlandı - VİDEO
“Şou” xətrinə sərnişini də ölüm təhlükəsinə atdı - 10-RR-662 - VİDEO
Biləcəridə yük maşını piyadalara yol verən “Prius”a çırpıldı - VİDEO
Sürücüsüz maşınları sürmək nə vaxt mümkün olacaq? – Ekspert AÇIQLADI – VİDEO












