Deputat maşınla uşağı vurdu - Köməksiz qoyub hadisə yerindən qaçdı - VİDEO

Rusiyanın Novosibirsk vilayətinin Tatarski rayonunda “Vahid Rusiya” partiyasının deputatı Sergey Mamontov avtomobillə uşaq vurub. Avtosfer.az xəbər verir ki, deputat qəzadan sonra hadisə yerindən qaçıb. "Vahid Rusiya" partiyasının regional bölməsinin mətbuat katibi Yuliya Şvets deputatın partiyadan xaric ediləcəyini bildirib.
"Tatarski Rayon Deputatlar Şurasının deputatı Sergey Mamontovun hərəkəti çaşqınlıq və ikrah doğurmaqdan başqa bir şey deyil. Uşağı əzib, onu köməksiz vəziyyətdə yolda qoyanı tam mənada insan adlandırmaq belə çətindir.
O, qanunun ən ağır həddi ilə cəzalandırılmalıdır. “Vahid Rusiya”ya gəlincə, o, Mamontovu rüsvayçılıqla partiyadan və rayon şurasındakı deputat birliyindən xaric edəcək, həmçinin yaralı oğlana və onun ailəsinə bütün lazımi yardımı göstərəcək”, - Şvets bildirib.
Qeyd edək ki, qəza bazar günü baş verib. Regional Prokurorluq hadisə ilə bağlı cinayət işi başladıb.
Modern.az
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












