Dövlət nəqliyyat mafiyasına bata bilmir? – “Binə”nin qarşısında toplanan milyonlar ciblərə gedir - VİDEO

Bir müddət əvvəl Lökbatan dairəsindəki xaosla bağlı dövlət qurumları hərəkətə keçərək orada nizam-intizam yaratdı. Yolun kənarında qanunsuz fəaliyyət göstərən avtodayanacaq və pərakəndə şəkildə dayanan sərnişinlər oradan uzaqlaşdırıldı. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə ərazidə xaotik vəziyyətə son qoydu və bunun qarşılığında aprel ayında Bakı Cənub Avtostansiyasının işini bərpa etdi. Lakin həmin avtostansiyada dayananlar hələ də azdır. Əvvəllər Lökbatan dairəsini zəbt edən sürücü və sərnişinlər indi Binə Ticarət Mərkəzinin qarşısını zəbt ediblər. Hal-hazırda mövcud vəziyyət yolda uzun tıxaclara səbəb olur. Bütün zolaqlar zəbt olunduğu üçün sürücülər ən sol zolaqla hərəkət etməyə məcbur olurlar.
Bu işin arxasında isə sözün həqiqi mənasında nəqliyyat mafiyası dayanır. Sözsüz ki, burada Binə TM-nin rəhbəri Kəbirə Məmmədovanın da rolu var. Rəhbəri olduğu Ticarət Mərkəzinin ərazisində qanunsuz avtovağzal yaradaraq Lökbatan dairəsindən uzaqlaşdırılan sürücülərin Cənub Avtostansiyasına getməsinə imkan vermir. Dairəni zəbt edən sürücülərin başı üzərində fırlanan konduktorlar isə əsl mafiya üzvü kimi sürücülərə hədə-qorxu gəlir, onların müştərisiz qalacağını deyir və rəsmi avtostansiyaya girməyə əngəl olurlar. Əvəzində həmin sürücülər ya Binə-nin ərazisinə daxil olaraq ora pul ödəyir, ya da yolu zəbt edərək müştəri yığır. Bu isə o deməkdir ki, nəqliyyat mafiyası dövlətlə dövlətçilik edir, qanunlara tabe olmur və ortada milyonlarla pul kimlərinsə cibinə gedir.
Nəticədə isə dövlət sərnişinlərin təhlükəsizliyini, rahatlığını təmin edə bilmir, onları daşıyan sürücülərin iş və istirahet rejimi, xidmət göstərən nəqliyyat vasitələrinin vəziyyəti nəzarətsiz qalır. Bunun nəticəsidir ki, hər gün respublika əhəmiyyətli yollarda qəzalar baş verir və əksəriyyəti də qanunsuz işləyən həmin avtobuslar, mikroavtobuslar və minik maşınlarının sürücüləri tərəfindən törədilir.
O zaman polis və nəqliyyat təşkillatları bu mafiyanın qarşısında acizdirmi? Bu qədər pullar nə üçün dövlət büdcəsinə yox, kimlərinsə cibinə gedir? Kəbirə Məmmədova, yəni Binə Ticarət Mərkəzi artıq bir neçə dəfə qanunsuz avtovağzal işlətməyə görə məhkəmə qaydasında cərimə edilib. Ancaq qanunsuz yolla qazandığı pullar o qədər çoxdur ki, bu cərimələr onun yanında supulu kimi görünür...
Leyla
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












