DYP sürücülərə yazılan bu cür cərimələrlə bağlı iki səhvə yol verir - VİDEO

Son zamanlar Avtosfer.az-ın qaynar xəttinə sürücülərə yazılan cərimələrə görə çoxsaylı şikayətlər daxil olur.
Nəqliyyat eksperti Elməddin Muradlı qanuna uyğun olmayan bu cərimələrdən danışıb. Onun sözlərinə görə, belə cərimələr qanunsuz və yolverilməzdir. “İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsinə görə yazılan protokollar barəsində şikayətlər çoxluq təşkil edir. Problem ondan qaynaqlanır ki, vətəndaşlar sürücülük hüququ olmayan şəxsə məxsus avtomobili etibarnamə ilə sürsələr də, kamera və radarla aşkar olunan xətalar qeydə alınanda diqqətsizliyə yol verilir. Nəticədə nəqliyyat vasitəsinin sahibinə sürücülük hüququ olmadan avtomobil sürdüyü üçün 100-300 manat cərimə göndərilir. Özü də bu, elektron qərar şəklində yazılır. Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsində elektron qaydada qeydə alına bilən xətaların siyahısında İXM-nin 332-ci maddəsi yoxdur. Ümid edirik ki, DYP vətəndaşları narahat edən bu məsələyə diqqətlə yanaşacaq və bu cür xətalar aşkar olunanda ən azından nəqliyyat vasitəsini idarə edən və ya sahiblik hüququq olan şəxslə əlaqə saxlayıb dəqiqləşdirmə aparmaq olar”.
Ekspert yeni elektron cərimələrin tətbiq oluna biləcəyini də vurğulayıb.
Daha ətraflı videoda:
Nurlan Sakitoğlu
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












