Ekspert avtomobilər üçün etibarnamənin ləğvindən danışdı - VİDEO

Azərbaycanda avtomobillərin idarə edilməsi üçün etibarnamənin zəruriliyi tələbi aradan qaldırıla bilər. Avtosfer.az bildirir ki, Konstitusiya Məhkəməsi Gəncə Şəhər Məhkəməsinin müraciəti əsasında müvafiq qərar qəbul edib. Bildirilib ki, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclasında Gəncə Şəhər Məhkəməsinin müraciəti əsasında İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb və qərar qəbul edilib.
Qərara əsasən, nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamənin zəruriliyi tələbinin müvafiq qanunvericilikdə aradan qaldırılması Milli Məclisə tövsiyə olunub.
İnzibati Xətalar Məcəlləsinin və “Yol hərəkəti haqqında” qanunun normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur.
Nəqliyyat eksperti Elməddin Muradlı qərarı şərh edib. Ekspert bildirib ki, bu çoxdan gözlənilən bir addım idi. “İnsanları narahat edən məsələlərdən biri də etibarnamədir. Yəni, eyni evdə yaşayan insanların avtomobili etibarnamə ilə idarə etməsi absurddur. Sürücülük vəsiqəsi olan şəxs rahatlıqla maşını sürə bilər. Əgər kimsə şikayət etmirsə deməli bu etibarnamə məsələsi də lazımsızdır.”
Ekspert bildir ki, illərdir sığorta şirkətləri vətəndaşları aldadaraq ər və arvad arasında etibarnamənin vacibliyini bildirərərk sığorta pulu ödəməkdən imtina ediblər. “Hazırda hər yerdə kameralar var. Əgər avtomobilin oğurlanması faktı baş verərəsə bunu tapmaq çox asan olacaq. Eyni zamanda cərimə məsələsinə gəldikdə isə asanlıqla həll oluması mümükündür. Ya vətəndaş online qaydada bunu edir, yaxud da ərazi üzrə DYP şöbəsinə yaxınlaşaraq inzibati xətanı kimin törətdiyini aydınlaşdıra bilər.”
Ətraflı videomaterialda:
Masazırda sürücülər əks yola axışdı: Maşınlar yaşıl işıqda belə keçə bilmədi - VİDEO
Bu şəxsi görənlər diqqətli olsun: Dələduzluqla məşğuldur - VİDEO - FOTO
Piyada keçidində qayda pozan sürücü qarşıdakı maşını belə vurdu - DİN-dən VİDEO
Qarabağda icra olunan nəhəng nəqliyyat-logistika layihələri nəyi dəyişəcək? - VİDEO
Əks yola çıxıb motosikletçini borclu çıxardı, sonda isə… - VİDEO - YENİLƏNİB
Dayanacaqda yer tapa bilməyən taksi sürücüsü parkinqə üz tutdu - VİDEO
Kobud qayda pozan “KamAZ” sürücüsü ağır qəzadan son anda yayındı - VİDEO
“Kristal”dan sakinlərə parkinq “qadağası”: Yolun hər iki tərəfi konuslarla bağlandı - VİDEO
“Şou” xətrinə sərnişini də ölüm təhlükəsinə atdı - 10-RR-662 - VİDEO
Biləcəridə yük maşını piyadalara yol verən “Prius”a çırpıldı - VİDEO
Sürücüsüz maşınları sürmək nə vaxt mümkün olacaq? – Ekspert AÇIQLADI – VİDEO











