Firma maşınları tıxacı belə yaradır – Onları necə tənzimləmək olar? – REAL VİDEO

Fimalardan müxtəlif malları mağazalara daşıyan nəqliyyat vasitələrinin şəhərdə yaratdığı sıxlıq göz qabağındadır. Bəzən alternativ məhəllədaxili yollarda belə məhz onlar tıxac yaradır. Bir də görürsən, Coca-Cola-nın maşının hansısa mağazanın qarşısında dayanıb bir kaset mal verir. Bir kaset mala görə onlarla sürücü ya tıxaca düşür, ya da təhlükəli vəziyyət yaşayır, qayda pozub yoluna davam edir.

Avtosfer.az-ın təqdim etdiyi bu video müxtəlif vaxtlarda şəhərin müxtəlif nöqtələrində çəkilib. Maraqlı sual yaranır. Axı nə üçün bu maşınlar məhz günün pik saatlarında, tıxacın başladığı zamanda mal daşıyırlar? Məsələn, kolanı, fantanı, diş pastasını, pivəni axşam saat 8-9-dan sonra mağazalara çatdırmaq olmazmı?

Vacib ərzaq məhsullarını yox, digər malları daşıyan maşınların şəhərə girşi məhdudlaşmalıdır. Onlar bəlli saatlarda malları paylamalıdırlar. Bu cür qaydalar dunyanın bir çox ölkələrində tətbiq olunur. Azərbaycanda da belə qaydanın tətbiqi artıq zərurətə çevrilib. Artıq nəqliyyat-logistika xidməti şəhər mərkəzlərində fərqli formada nizamlanmalıdır.

Nəzərə almaq lazımdır ki, yük maşınlarına nəzarətin güclənməsi, onların hər saatda şəhərə girişinin qarşısının alınması, yalnız axşamlar şəhərə buraxılması artıq müsbət nəticə verir.
Hesab edirəm ki, firma maşınları ilə bağlı qaydalar müəyyən edilməli, onlar qeyri-ərzaq mallarını, başqa vaxtlarda çatdırılması mümkün olan materialları axşam saatlarında daşısınlar və onlara hətta bu zaman dayanma-durma qadağan olunan yerlərdə dayanmaq icazəsi verilsin ki, malları rahat boşalda bilsinlər.
Elməddin Muradlı



Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO






















