“Gelandewagen”i mərcdə uduzdu: vertolyota bağlayıb göydən yerə atdılar - VİDEO

Rusiyanın Kareliya əyalətində iki Moskva sakini “Mercedes Gelandewagen” markalı avtomobili vertolyotdan aşağı atıblar. Avtosfer.az xəbər verir ki, hadisənin görüntüləri kamera vasitəsi ilə qeydə alınıb. Kadrlarda havada “Mİ-8” vertolyotuna “Mercedes Gelandewagen” markalı avtomobilin trosla bağlandığı və bir müddət irəlilədikdən sonra onu yerə atdığı görülür.
Yerli medianının məlumatına görə, buna səbəb paytaxt sakinlərinin bir-biri ilə bəhsə girməsi olub. Biri digərinə uduzub və Moskvada maşını hündürlükdən atmağa yer tapmadıqlarına görə, məcbur olub Petrozavodsk şəhərinə üz tutublar.
“Peskax” aeroportunun nümayəndəsinin sözlərinə görə, iki Moskva sakini vertolyotun 20 dəqiqəsinə 250 min rubl (6800 AZN) ödəyiblər. 1995-ci il istehsalı olan avtomobilin qalıqları daha sonra metal qəbulu məntəqəsinə təhvil verilib.
Nümayəndə həmçinin, “Belə qeyri-adi hadisə bizdə birinci dəfədir ki baş verir” sözlərini söyləyib.
Namiq Musayev

Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












