Gömrükdə müsadirə olunan maşınlar nə vaxt və harada satılır? - VİDEO

Kütləvi İnformasiya vasitələrində tez-tez “Gömrükdə müsadirə olunan maşınlar satışa çıxarılır” başlıqlı yazılara rast gəlinir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən hərrac yolu ilə avtomobillər satışa çıxarılır. Bəs bu hansı əsasla edilir. Avtosfer.az bildirir ki, bu Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsi arasında Nazirlər Kabinetinin 19 oktyabr 2012-ci il tarixli 237 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması qaydaları”nın tələblərinin yerinə yetirilməsi üçün imzalanmış müqavilə əsasında həyata keçirilir.
Gömrük hərraclarında satılmış nəqliyyat vasitələrinin bir çoxu "Malların dövlət xeyrinə imtina olunması" qaydalarına uyğun olaraq dövlət xeyrinə imtina edilmiş, habelə gömrük qaçaqmalçılığının predmeti olan və məhkəmə orqanları tərəfindən müsadirə edilmiş nəqliyyat vasitələridir.
Bəs dövlət xeyrinə imtina olunmuş vasitələri dedikdə nə başa düşülür?
Eyni zamanda Dövlət Gömrük Komitəsi tərərfinddən satışa çıxarılmış avtomobillərin digər qismi müvafiq məhkəmə orqanı tərəfindən sahibsiz elan edilmiş avtomobillərdir. Belə ki, bu qism avtomobillər "Malların müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilməsi" qaydalarına uyğun olaraq ölkə ərazisinə gətirilmiş nəqliyyat vasitələridir. Qanunvericiliyin tələblərinə uyğun olaraq həmin nəqliyyat vasitələri müəyyən müddət ölkə ərazisində istifadə oluna bilər. Müvəqqəti idxal prosesi başa çatdıqdan sonra avtonəqliyyat vasitələrinin hüquqi sahibləri "Malların dövlət xeyrinə imtina olunması" qaydalarının tələblərinə uyğun olaraq yazılı ərizə əsasında dövlət xeyrinə imtina edilməsi həyata keçirilir.
Qeyd edək ki, ötən il üzrə “Azərterminalkompleks” Birliyi tərəfindən Hərracların təşkili mərkəzi publik hüquqi şəxsinə harracın keçirilməsi üçün verilmiş sifariş üzrə müvafiq məhkəmə orqanı tərəfindən sahibsiz elan olunmuş, müsadirə edilmiş, habelə dövlət xeyrinə imtina olunmuş nəqliyyat vasitələri gömrük hərraclarında satılıb.
Orxan Əli
Masazırda sürücülər əks yola axışdı: Maşınlar yaşıl işıqda belə keçə bilmədi - VİDEO
Bu şəxsi görənlər diqqətli olsun: Dələduzluqla məşğuldur - VİDEO - FOTO
Piyada keçidində qayda pozan sürücü qarşıdakı maşını belə vurdu - DİN-dən VİDEO
Qarabağda icra olunan nəhəng nəqliyyat-logistika layihələri nəyi dəyişəcək? - VİDEO
Əks yola çıxıb motosikletçini borclu çıxardı, sonda isə… - VİDEO - YENİLƏNİB
Dayanacaqda yer tapa bilməyən taksi sürücüsü parkinqə üz tutdu - VİDEO
Kobud qayda pozan “KamAZ” sürücüsü ağır qəzadan son anda yayındı - VİDEO
“Kristal”dan sakinlərə parkinq “qadağası”: Yolun hər iki tərəfi konuslarla bağlandı - VİDEO
“Şou” xətrinə sərnişini də ölüm təhlükəsinə atdı - 10-RR-662 - VİDEO
Biləcəridə yük maşını piyadalara yol verən “Prius”a çırpıldı - VİDEO
Sürücüsüz maşınları sürmək nə vaxt mümkün olacaq? – Ekspert AÇIQLADI – VİDEO












