İnsanları çaşdıran işıqfora görə kim məsuldur? - VİDEO
Avtosfer TV
3 Avqust 2023 19:28

Metronun “Əhmədli” stansiyasının yaxınlığında quraşdırılmış piyada keçidini tənzimləyən işıqforun düzgün işləməməsi hərəkət iştirakçılarının narazılığına səbəb olur.
Qafqazinfo.az xəbər verir ki, problemlə bağlı sosial şəbəkələrdə paylaşımlar edilib, vəziyyətin təhlükəli hal yaratdığı bildirilib. Məsələ ondadır ki, işıqfor eyni vaxtda həm avtomobillər, həm də piyadalar üçün yaşıl işıq göstərir. Belə olan halda isə sürücü də, piyada da çaşdırıcı vəziyyətə düşür. Sözügedən problem bir neçə ay əvvəl azyaşlı piyadanın ölümünə səbəb olub.
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr sektorunun aparıcı mütəxəssisi Ömər Xıdırovun sözlərinə görə, həmin ərazidəki piyada keçidini tənzimləyən işıqfor NİİM tərəfindən quraşdırılmayıb: “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Daxili İşlər Nazirliyinin bilavasitə tabeliyinə veriləndə, Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxt ərazisində işıqforların quraşdırılması ilə bağlı icrası tamamlanmış layihələrin nazirliyə təhvil-təslimi olub. Ancaq icrası hazırda davam edən layihələrin təhvil-təslim prosesi yekunlaşmayıb.”
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə bildirilib ki, sözügedən işıqforun düzgün işləməməsi ilə bağlı araşdırma aparılır.
Oxunub : 1636
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 14:00
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
12 Noyabr 2026 13:30
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
11 Noyabr 2026 17:41
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
9 Noyabr 2026 19:00
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
6 Noyabr 2026 11:00
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
5 Noyabr 2026 10:30
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
4 Noyabr 2026 16:06
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
4 Noyabr 2026 14:53
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
4 Noyabr 2026 09:36
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
3 Noyabr 2026 11:30
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
3 Noyabr 2026 10:30
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
2 Noyabr 2026 13:30
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
ŞƏRH YAZ












