İş yerinin yaxınlığında parklanma qiymətində güzəşt ola bilərmi? - VİDEO

Yeni parklanma qaydalarına əsasən, ərazidən 100 metr məsafədə yerləşən ev və ya binalarda yaşayan sakinlər ödənişsiz parklama edə bilərlər. Bəs daimi iş yeri olan şəxslər iş yerlərinin yaxınlığında ödənişsiz, yaxud hər hansı güzəştlərlə avtomobillərini park edə bilərlərmi?
Sakinlər hesab edir ki, onlar yaşayış ərazisindən 100 metr məsafədə pulsuz parklama edə bilirsə, iş yerindən arayış təqdim etməklə iş yerinə yaxın ərazidə də pulsuz parklama etməlidir. Yaxud daimi iş yeri olan şəxsə iş yerinə yaxın ərazidə nisbətən güzəştli qiymətlər tətbiq olunmalıdır.
Nəqliyyat eksperti Elmədin Muradlı bildirdi ki, yeni parklanma qaydaları tıxacların aradan qaldırılmasına hesablanıb.
Ekspert bildirdi ki, şəhərdə tıxacları azaltmağın bir yolu da şəxsi maşınlardan az istifadəni təmin etməkdir. Belə olan halda sakinlər ictimai nəqliyyata yönələcəklər.
Ekspert onu da vurğuladı ki, bu sistemin effektiv işləməsi üçün ictimai nəqliyyatın işini yaxşılaşdırmaq, gecikmələri aradan qaldırmaq vacib nüansdır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov məsələ ilə bağlı bildirdi ki, təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda yaşayan sakinlər fərdi parklanma talonları ala və həmin yerlərdən ödənişsiz istifadə edə bilərlər. Digər hallarda, eləcə daimi iş yerlərinin yaxınlığındakı parklanmalara görə sakinlər üçün güzəştlər nəzərdə tutulmayıb.
Masazırda sürücülər əks yola axışdı: Maşınlar yaşıl işıqda belə keçə bilmədi - VİDEO
Bu şəxsi görənlər diqqətli olsun: Dələduzluqla məşğuldur - VİDEO - FOTO
Piyada keçidində qayda pozan sürücü qarşıdakı maşını belə vurdu - DİN-dən VİDEO
Qarabağda icra olunan nəhəng nəqliyyat-logistika layihələri nəyi dəyişəcək? - VİDEO
Əks yola çıxıb motosikletçini borclu çıxardı, sonda isə… - VİDEO - YENİLƏNİB
Dayanacaqda yer tapa bilməyən taksi sürücüsü parkinqə üz tutdu - VİDEO
Kobud qayda pozan “KamAZ” sürücüsü ağır qəzadan son anda yayındı - VİDEO
“Kristal”dan sakinlərə parkinq “qadağası”: Yolun hər iki tərəfi konuslarla bağlandı - VİDEO
“Şou” xətrinə sərnişini də ölüm təhlükəsinə atdı - 10-RR-662 - VİDEO
Biləcəridə yük maşını piyadalara yol verən “Prius”a çırpıldı - VİDEO
Sürücüsüz maşınları sürmək nə vaxt mümkün olacaq? – Ekspert AÇIQLADI – VİDEO










