İşğaldan azad olunan ərazilərdə qəzaların sayı niyə artıb? – Ekspert səbəbləri AÇIQLADI - VİDEO

Son dövrlər işğaldan azad olunan ərazilərdə yol qəzalarının baş verməsi barədə xəbərlər çoxalıb. Bu cür qəzaların əksəriyyəti ölümlə nəticələnir. Yolların 30 il ermənilər təfərindən dağıdılması, müharibənin təsiri, hazırda görülən işlərin çoxluğu sürücülərə nəzarəti arxa plana keçirib.
Avtosfer.az saytının rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, işğaldan azad olunmuş ərazilərdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı vəziyyət heç də ürəkaçan deyil. Bu səbəbdən sözügedən ərazidə tez-tez qəzaların baş verdiyi müşahidə edilir. “Yol infrastrukturu normadan aşağıdır, ermənilər 30 il ərzində yolları dağıdıb və hazırda ərazilərdə tikinti-quruculuq işləri aparıldığına görə yollar təhlükəli vəziyyətdədir. Bu səbəbdən də sürücülər məsuliyyətli olmalıdırlar. Bəzi sürücülər elə düşünür ki, nəzarət yoxdur və spirtli içki qəbul edib sükan arxasına otura bilər. Lakin belə deyil, içkili vəziyyətdə sükan arxasına keçmək olmaz. Üstəlik, artıq yükləmələr, təhlükəli idarəetmələr və bir çox səbəblər də qəzalara təsir göstərir”.
Bunun qarşısının alınması üçün hansı addımlar atılmalıdır?
Ekspertin sözlərinə görə, bununla bağlı yeni layihələr tərtib edilib və müxtəlif qurumlara təqdim olunacaq ki, ərazidə ciddi nəzarətə ehtiyacın olduğu nəzərə alınsın. “Yolların vəziyyəti heç də ürəkaçan deyil, yollara nəzarət edilməlidir. Ən azından, müvəqqəti yol nişanları, nəzarət kameraları qoyulmalıdır.
Bir sözlə, yolların təhlükəsizliyi, avtomobillərin texniki vəziyyəti, yük və sərnişinlərin təhlükəsiz daşınması, sürücülərin iş və istirahət qrafiki üçün nəzarət mexanizmi qurulmalıdır. Ən əsası isə əraziyə nəzarət edən yol polisi əməkdaşlarının sayı artırılmalıdır. Mən o ərazilərdə tez-tez oluram və görürəm ki, yollar çox bərbad halda olsa da, sürücülər maşınları çox təhlükəli, sürətlə idarə edirlər. Sanki düşmən malıdır, dağıdırlar. Belə olmaz. Artıq hüquqi və fiziki şəxslər öz maşınlarını, texnika və avadanlıqlarını işğaldan azad olunan ərazilərə göndərmək, icarəyə vermək istəmir. Çünki orada bu texnikaları dağıdırlar. Nəzarət yoxdur deyə kim necə gəldi hərəkət edir. Bunların qarşısı vaxtında alınmasa bir-iki ildən sonra işğaldan azad olunan ərazilərə texnika və nəqliyyat vasitəsi verən olmayacaq”.
Nurlan Sakitoğlu
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












