"Kamaz" "Mercedes"i vurdu: ardınca tualeti uçurdu - VİDEO

Hər iki avtomobilin sıradan çıxmasıyla nəticələnən qəza sosial şəbəkələrdə marağa səbəb olub. Avtosfer.az xəbər verir ki, müşahidə kameraları Rusiyanın İrkutsk vilayətində baş verən hadisəni anbaan qeydə alıb. Belə ki, maşınını mağazanın ön hissəsinə park edən sürücü avtomobilinə əyləşərək onu hərəkətə gətirir və yolun qarşı tərəfinə keçməyə cəhd edir. “Mercedes” markalı avtomobilin sahibi dönərkən yol boş görünsə də, o, qəfil əks istiqamətdə yüksək sürət həddi ilə qarşıdan gələn “Kamaz”a dəyərək hər iki avtomobilin yararsız hala düşməsinə səbəb olur.
Bu halda belə sual yaranır: “Günah kimdədir?” - Dönərkən ətrafı diqqətli müşahidə etməyib, işini ehtiyatlı tutmayan “Mercedes” markalı avtomibilin sahibində, yoxsa sürətə məhəl qoymayıb, qarşıda duran maşını görməzdən gələn “Kamaz” sürücüsündə?! Əslində sualımızda öz əksini tapan cavabdan da göründüyü kimi, sürücülərin hər biri üzərilərinə düşən öhdəliklərə riayət etməyib. Nəticədə xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Qeyd edək ki, faktla bağlı araşdırma aparılıb və sürücülər polis bölməsinə cəlb olunub.
Nərmin Əkbər
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












